“Ustad” dərgisinin may buraxılışı nəşr olundu

“Ustad” dərgisinin may buraxılışı nəşr olundu
10 may 2019
# 11:46

“Hədəf” Nəşrlərinin təsis etdiyi “Ustad”ın 28-ci sayı nəşr olunub.

Redaksiya heyətindən Kulis.aza verilən məlumata görə, ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın may sayında da müxtəlif sənət yazıları və ədəbi nümunələr yer alıb.

Dərgi baş redaktor Şəmil Sadiqin “Kefli İsgəndər biqeyrətdirmi?” adlı yazısı ilə başlayır. Ədəbi mətn müəlliflərindən Səbuhi Şahmursoy (“Qonşumuzdakı şəkillər” hekayəsi), Xəyalə Murad (“Xilas” hekayəsi), Könül Nuriyeva (“Dolabdakı qadın” hekayəsi), Dürdanə Ramazanlı (“Hüzursuz” hekayəsi), araşdırma məqalə və esse müəlliflərindən Ceylan Mumoğlu (“Çuğulluq anlayışına Azər Qismət baxışı” resenziyası), Xanəmir Telmanoğlu (“Çağdaş şairin məğlubiyyət başarısı” essesi), Xanım Anela (“Dünyaya Harri Potteri hədiyyə edən Coan Roulinq haqqında 10 fakt” və “Şerlokun şəxsi həyatı: ədəbi qəhrəmanın kitablardan real həyata çıxışı” adlı tərcümə məqalələri), Aybəniz Həsənova (“Gəmiçi albatrosu niyə öldürdü?” resenziyası), Pərvanə Bayramqızı (“A.P.Çexovun hekayələrindəki “biz”” məqaləsi) və Nicat Həşimzadə (“Qayıtmayan gedənlər” essesi) kimi imzaların yazıları dərginin əsas hissəsini təşkil edir.

Poeziya bölməsində dərginin şef redaktoru Müşfiq XANın “Yeddinci görüşə elegiya” adlı silsilə şeirləri çap olunub.

“Dərinliklərdə nəyin gizləndiyini bilmirik…” deyən dünya şöhrətli yazıçı, “Qatardakı qız” detektiv-trilleri ilə satış rekordlarını təzələyən Paula Hokins “Ustad”ın bu sayının ilk müsahibidir. Müsahibəni Xəyalə Murad götürüb. Dərginin ikinci müsahibi isə Rusiyada yaşayan azərbaycanlı alim, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Klassik Filologiya kafedrasının müəllimi, filologiya elmləri namizədi İlyas Rüstəmovdur. "Nəsimini oxuyanda dəhşətə gəlirəm..." deyən İlyas Rüstəmovla yazıçı, jurnalist Tural Cəfərli söhbətləşib.

Dərginin ““Üst Ad” uşaq əlavəsi” bölməsində isə 11-ci sinif şagirdi Nigar Quluzadənin “Rəfiqəm” hekayəsi çap olunub.

“Ustad” dərgisinin 28-ci sayında bu il 650 illiyi qeyd edilən böyük Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsimi, 150 illik yubileyi olan Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadə, anadan olmasının 140 illiyi qeyd olunan Azərbaycan opera müğənnisi, aktyor, rejissor və teatr xadimi Hüseynqulu Sarabski və 120 illik yubileyi keçirilən böyük Azərbaycan dramaturqu, şair, nasir və teatrşünas Cəfər Cabbarlı haqqında maraqlı yazılar yer alıb.

# 3894 dəfə oxunub

Oxşar xəbərlər

Klassik kino irsinə həsr olunmuş festival keçirilir

Klassik kino irsinə həsr olunmuş festival keçirilir

10:40 12 oktyabr 2026
"Sındırılmış fənərlər küçəsi"nin ulduzu vəfat etdi

"Sındırılmış fənərlər küçəsi"nin ulduzu vəfat etdi

10:27 12 oktyabr 2026
Elza Seyidcahan:  "Mənim adımdan anonim şeirlər yazırlar, şəklimi paylaşırlar..." - Müsahibə

Elza Seyidcahan: "Mənim adımdan anonim şeirlər yazırlar, şəklimi paylaşırlar..." - Müsahibə

10:00 12 oktyabr 2026
​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

14:50 11 oktyabr 2026
Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər