Nəsimi ilə bağlı yazı müsabiqəsi elan olundu

Nəsimi ilə bağlı yazı müsabiqəsi elan olundu
5 aprel 2019
# 16:51

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi bu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

Müsabiqənin məqsədi Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq bu mövzuda jurnalist araşdırmalarını və yazılarını stimullaşdırmaqdır.

Müsabiqə “Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği” mövzusuna həsr olunub.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazının sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalı və jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda, saytlarda yerləşdirilməlidir.

Yazıların qəbulu aprelin 8-dən iyunun 28-dəkdir.

Müsabiqədə I yer üçün 1 nəfər (1000 manat), II yer üçün 2 nəfər (800 manat), III yer üçün 3 nəfər (500 manat) yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Bundan əlavə, 10 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcək.

Qaliblər, həmçinin Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar./azertag.az/

# 3412 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissor xəbərdarlıq etdi – Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi – Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər