Bazar gününü evdə keçirənlərin peşmançılığı

Bazar gününü evdə keçirənlərin peşmançılığı
25 aprel 2017
# 10:47

Elçin Arifoğlu

İstirahət günü, evdə oturmusan, qabağında çay, mürəbbə, şirniyyat maraqlı bir filmə baxırsan... Rahatlıq, komfort, istirahət... daha nə lazımdi ki? Bu günü doyunca istirahət elə, sabah, yəni bazar ertəsi yenə şəhərin hay-küylü, qarmaqarışıq, stress dolu qaynar axınına atıl.

Pəncərədən bayıra - üşüyən şəhərə baxırsan... Belə soyuq havada adam heç bayıra çıxmaq da istəmir... O başdan xarab da deyirdi Çölə gedək...

Evdə oturmaq qərarının 100% ən doğru qərar olduğuna tam əmin olub rahatlanırsan və mürgüləyə - mürgüləyə artıq gedişatını unutduğun filmin davamına baxırsan...

Beləcə rahat oturub istirahət gününü dadını çıxardığın vaxt bir də görürsən WhatsApp-da, ya Fecebook-da həmin başdanxarab dost fotolar, videolar atdı... Qarlı dağın ətəyində, qarlı meşənin içindən...

“Burdayam!” yazır, filan yerdə, “Yerin məlum, əladı!”

“Əladı!?” “Başı xarab olub bunun?!” fikirləşirsən... Həftədə bir dəfə istirahət günü var, onu da gedib gör hara çıxıb, dağa, meşəyə, özü də belə soyuq havada... Yox, bunun başında nəsə bir problem var ki, indi sənin kimi evdə, rahatlıqda, istidə oturub, maraqlı bir filmə baxa-baxa istirahət gününü dadını çıxarmaq əvəzinə, gedib özünü salıb, qarın, soyuğun, dağın, meşənin içinə... Bir də əmin olursan ki, sən doğrudan da ağıllısan ki, bu gün evdə qalmısan...

Vaxt keçir, film bitir, başqa bir film, fincan boşalır, başqa bir fincan... gün keçir... darıxırsan... və WhatsApp-da, ya Facebook-da o dostdan gələn fotolara, videolara baxdıqca onu üzündəki sevinci, həyəcanı, gözlərindəki parıltını gördükcə bir az paxıllığın da tutur... Evdə qalmaq qərarının 100% doğru olduğuna şübhə etməyə başlayırsan artıq və boynuna almasan da, hiss edirsən ki, içində bir istək baş qaldırır - indi burda bu rahat, isti otaqda yox, orda o qarlı meşənin içində, sənlə paralel, amma tam ayrı bir gün yaşayan dostun yanında olmaq... Amma bu istəyin başına anında bir qapaz salıb, içindən qovub, yenə də fikirləşirsən ki, ağlı olan adam bu isti, rahat divanı qoyub, indi meşənin içində qarın üstündə oturmazdı...

Və rahat, isti otağına baxırsan, pəncərədən bayıra, üşüyən şəhərə baxırsan, o dostun göndərdiyi fotolara, videolara baxırsan... və qərara gəlirsən yox, düz eləmisən evdə qalmaqda...

... Beləliklə gün bitir...

Səhər açılır, yenidən adi bir iş günü, həmişəki kimi şəhərin qaçaqaçı, qovhaqovu, hay-küyü... və nəhayət iş yerin...

O dost dünənki gününün təəssüratlarını anladır hər kəsə... Başına gələnləri gülə-gülə, necə üşüdüyünü də, necə yıxıldığını da, necə yorulduğunu da, bədəninin, ayaqlarının yorğunluqdan necə sızladığını da gülə - gülə, həyat və sevinc dolu baxışlar ilə anladır... Və sən birdən başa düşürsən ki, sənin “Bəs sən necə istirahət elədin?” sualına cavabın yoxdu... Və bunu anlayanda onu da başa düşürsən ki, dünən sadəcə səhərdən axşama qədər, bazar gününün nə zaman bitəcəyini gözləmisən... Vəssalam...

Və sadəcə deyirsən: “Yaxşı, gələn dəfə gedəndə mənə de...”

Beləcə, sənin də “Çölçü klubu” və ÇÖLÇÜ fəlsəfəsi ilə ilk tanışlığın başlayır, sən də, kiminsə başdan xarab hesab edəcəyi çölçülərin arasına qatılırsan və anlayırsan ki, hər şey hələ indi başlayır...

# 3163 dəfə oxunub

Oxşar xəbərlər

​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

14:50 11 oktyabr 2026
Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər