Elnarə Akimovanın yeni kitabı nəşr olunub

Elnarə Akimovanın yeni kitabı nəşr olunub
14 sentyabr 2019
# 12:38

Tənqidçi-ədəbiyyatşünas Elnarə Akimovanın “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” adlı yeni kitabı nəşr olunub.

Kulis.azın verdiyi xəbərə görə, “Elm və təhsil” nəşriyyatında çap edilən 600 səhifəlik kitabda Elnarə Akimovanın 2015-2019-cu illər arası “Ədəbiyyat qəzeti”ndə çap olunan məqalələrinin bir qismi toplanıb. Buradakı mətnlər “Nəsr diskurs kimi”, “Poema diskurs kimi”, “XX əsr şeiri – zamana baxış kontekstində”, “Düşüncə zamanı”, “Ədəbiyyat elm kimi”, “Mənəvi diskurs”, “Analiz yazıları – problemlər, mülahizələr”, "Uşaq ədəbiyyatı: tarixdən çağdaşlığa" kimi bölümlərdə sistemləşdirilərək bütünlükdə müstəqillik dövrü Azərbaycan ədəbiyyatının və tənqidinin mənzərəsini meydana qoyur.

E.Akimovanın yeni kitabında roman və hekayə janrında meydana qoyulan nümunələrin üslubi xüsusiyyətləri, əsr səciyyəsi tədqiq olunur, poetikası elmi-nəzəri analizin predmetinə çevrilir. Eləcə də Azərbaycan poezyasının inkişaf meyllərini, cərəyanlaşma dalğasını, onun çağdaş milli və dünya ədəbiyyatı kontekstində mövqeyini öyrənmək, uşaq ədəbiyyatı problemlərini yeni təfəkkür işığında qiymətləndirmək, habelə ədəbiyyatşünaslığımızın bir çox problemlərinin aktuallaşması, ədəbi fikrimizin ideya-bədii təkamülünün başlıca istiqamətlərinin ümumiləşdirilməsi baxımından “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” kitabı əhəmiyyətli vəsaitdir.

Kitabın elmi redaktoru və ön sözün müəllifi “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, rəyçiləri akademik İsa Həbibbəyli və fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdidir.

# 4271 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər