Strindberqin "Tənha" romanı Azərbaycan dilində

Strindberqin "Tənha" romanı Azərbaycan dilində
9 dekabr 2015
# 12:50

“ATV Kitab” seriyasından ilk kitab artıq çap edilib. Kulisin məlumatına bu İsveç yazıçısı və dramaturqu Avqust Yuhan Strindberqin “Tənha” romanı romanıdır.

Kitab “Parlaq imzalar” nəşriyyatında çap edilib.

Romanı dilimizə istedadlı yazıçı və tərcüməçi Rəbiqə Nazimqızı çevirib.

“ATV Kitab” layihəsinin redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli, İlqar Fəhmi, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli və Dilman Şahmərdanlı daxildir. Buraxılışa məsul “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariqdir.

Tәrcümә Bәdii Tәrcümә vә Әdәbi Әlaqәlәr Mәrkәzinin iştirakı ilә hazırlanmışdır.

Avqust Strindberq (1849–1912) XX əsr Avropa sivilizasiyasının böyük mütəfəkkirlərindən hesab olunur. Onun bir çox əsərləri prinsipial süjetsizliyi ilə seçilir, burada intriqa, hadisə, personajlar arasında əlaqə yoxdur, o daha çox təəssüratlarını və müşahidələri fiksə etməyə üstünlük verir.

A.Strindberq “Qırmızı otaq” (1879), “Qulluqçu oğlu”(1886–1887), “Dəlinin etirafı” (1888),“Qayalıq adalarda”(1890), “Tənha” (1903), “Qotik otaqlar” (1904) və başqa romanların “Xoşbəxt Perin səyahətləri” (1882), “Ata” (1887), “Yoldaşlar” (1887), “Freken Yuliya” (1888), “Borc verənlər” (1888), “Kim güclüdür” (1989), “Pariya” (1989), “Səmum(1989), “Ölümqabağı” (1892), “Bağlar” (1892) kimi dram əsərlərinin müəllifidir.

“Tənha” (1903) romanı Strindberqin 1902-1903-cü illərdəki mənəvi axtarışlarının nəticəsidir. Yazıçının özü bu əsəri avtobioqrafik romanları sırasına aid edir. Əsərdə müəllifin həyatının bir dövrü, özü də onun həyatında tez-tez rast gəlinməyən harmonik bir dövrü əks olunub. Yazıçı elə bir reallıq və adamların dövrəsindədir ki, ruhi-mənəvi böhrandan xilas olur, onu zəncirləyən problemlərdən uzaqda dayana bilir. Tənhalıq burda adamlardan zahiri təcrid kimi anlaşılmır, əksinə, varlığın mənası ilə bağlı axtarışların tarıma çəkdiyi şüurun dərin qatlarına başvurmanı ehtiva edir. “Tənha” romanı Hamsunun “Aclıq” və “Misteriyalar”, Hessenin “Yalquzaq” kimi romanları ilə bir sırada dayanır, Avropa nəsrinin bu mənada şedevrlərindən hesab edilir.

Kitabı şəhərin əksər kitab dükanlarından əldə etmək olar. Eyni zamanda internet üzərindən və telefonla da kitabı sifariş eləmək olar.


www.parlaqimzalar.az

055 259 72 59

# 3033 dəfə oxunub

Oxşar xəbərlər

Marina Abramoviçin  80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

Marina Abramoviçin 80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

18:39 18 noyabr 2026
ADU-da  “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə”  adlı tədbir keçirildi

ADU-da “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə” adlı tədbir keçirildi

17:42 18 noyabr 2026
Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

17:19 18 noyabr 2026
Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

16:46 18 noyabr 2026
Harvard  150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın  qalıqlarını qaytardı

Harvard 150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın qalıqlarını qaytardı

16:17 18 noyabr 2026
Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

15:44 18 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər