Gənc şairə Beynəlxalq Ədəbiyyat Forumunda

Gənc şairə Beynəlxalq Ədəbiyyat Forumunda
4 may 2015
# 15:07

27-28 Aprel tarixlərində Kievdə 120 müəllifin iştirak etdiyi Beynəlxalq Ədəbiyyat Forumu keçirilib. Kulisin məlumaıtna görə iki gün davam edən forum tanınmış müəlliflərin apardığı seminarlar və mühazirələrlə müşahidə olunub.

Açılışda Azərbaycan Respublikasının Ukraynadakı səfiri Eynulla Mədətli də çıxış edib. Forumun yekununda Ukrayna Yazıçılar Biriyinin sədri və Ukrayna İdman və Gənclər Nazirinin birinci müavini iştirakçıların bir qisminə, o cümlədən forumda Azərbaycanı təmsil edən şair Könül Həsənquluya mükafat təqdim edib.

Ukrayna Yazıçılar Birliyi müəllifə UYB-nin idarə heyətinə məxsus nişan bağışlayıb. Ukrayna Azərbaycan bədii əlaqələrinin genişləndirilməsi üçün müəllifin iştirakı ilə memorandum hazırlanıb.

Aprelin 30-da isə müəllifin Taras Şevçenko adına Kiyev Milli Universitetində tələbələrlə görüşü keçirilirb. Görüşdə müəllif tələbələrə müasir Azərbaycan poeziyası haqqında danışıb müasir şairlərimizin yaradıcılığından nümunələr səsləndirib.

Görüşdən sonra Könül Həsənqulu tələbələr arasında keçirilən qiraət müsabiqəsində ən yaxşı qiraətçiyə UYB-nin hazırladığı mükafatı təqdim edib.

# 3396 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər