Baş kəsməyi təbliğ edən Nadir Qafarzadə

Baş kəsməyi təbliğ edən Nadir Qafarzadə
25 avqust 2019
# 23:09

Nadir Qafarzadə nə düz-əməlli müğənnidir, nə də doğru-dürüst fikri olan bir adam. Ona uzadılan mikrofonda ya şit, mənasız, bayağı mahnılar oxuyub, ya da axmaq-axmaq fikirlər səsləndirib.

Məhz bu səbəbdən axırıncı biabırçı açıqlaması məndə təəccüb doğurmadı. Birincisi, Nadir ziyalı deyil, fikir adamı heç deyil, ümumiyyətlə doğru-dürüst adam deyil.

Niyə ondan münasibət öyrənilməli?

Burası mənə və yəqin ki, çoxları üün qaranlıq qaldı. Onun üfunət qoxan təfəkkürünün üstünü açıb ətrafa yaymağa gərək yox idi.

İkincisi, təəccüblü deyildi onun belə bir açıqlama verməsi. Çünki Nadir mahiyyətcə boş adamdı. Və nə yazıq ki, onun dediyinə qahmar duran, ancaq bunu dilə gətirməyən o qədər adam var ki. Onlar əxlaq-namus keşikçiləridir, qadının nə etməsini güdənlərdi. O adamlar həmişə kişiyə haqq qazandırarlar. Bir bildiyi var deyərlər. Demək qadın nəsə edib ki, cəzası bu olub. Cinayəti təbliğ edərlər. Çünki bundan başqa özlərini ifadə edəcək bir şeyləri yoxdur.

Üçüncüsü, Nadir üzr istəməli və açıqlamasını düzəltməlidir. Çünki onun ağılda olanlar var və onlar Nadirin mahnılarına qulaq asıb feyziyab olurlar. Kütlə onu sevir və kütlə təhlükəlidir. Bu gün bizim ağıllı sözə ehtiyacımız var. Nadirin qan qoxan açıqlamasına yox.

# 5578 dəfə oxunub

Oxşar xəbərlər

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

16:26 13 noyabr 2026
“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

16:26 13 noyabr 2026
Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

15:54 13 noyabr 2026
Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

15:35 13 noyabr 2026
30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

14:54 13 noyabr 2026
Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

14:27 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər