Mir Cəlalın 110 illik yubileyi keçirilib

Mir Cəlalın 110 illik yubileyi keçirilib
15 may 2018
# 17:15

Bakı Mühəndislik Universitetində görkəmli Azərbaycan alimi, yazıçı, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Universitetdən Kulis.az verilən xəbərə görə, tədbirdə universitetin rəhbər şəxsləri, professor-müəllim heyəti və tələbələri ilə yanaşı BDU-nun professoru Abdulla Abbasov, professor Qəzənfər Paşayev və AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "XX əsr Ədəbiyyatı" şöbəsinin müdiri, professor Şirindil Alışanov iştirak edib.

Yubiley tədbirini giriş sözü ilə universitetin rektoru, professor Havar Məmmədov açaraq Mir Cəlal Paşayevin həyat və yaradıcılığından danışıb. Bildirib ki, Mir Cəlal Paşayev dəyərli alim, görkəmli yazıçı və pedaqoq olması ilə yanaşı yüksək insani keyfiyyətlərə malik bir ziyalı olub. Onun yazdığı əsərlər hər dövrdə sevilərək oxunur. Rektor yubiley tədbirlərinin ölkəmizdə və ölkəmizdən kənarda qeyd olunmasını xalqımızın Azərbaycan ədəbiyyatına və ziyalısına verdiyi yüksək dəyər kimi qiymətləndirib.

Rektorun çıxışından sonra tədbir iştirakçıları görkəmli yazıçının həyat və yaradıcılığına həsr edilmiş “Üç zirvənin fatehi” adlı film izləyiblər.

Filmdən sonra çıxış edən ölkəmizin dəyərli ziyalıları BDU-nun professoru Abdulla Abbasov, professor Qəzənfər Paşayev və professor Şirindil Alışanov Mir Cəlal Paşayevin əslində nəzərdə tutulan yazıçı, alim və müəllim kimi zirvələrin fatehi deyil, eyni zamanda təşkilatçı, ziyalı, xeyirxahlıq və s. kimi zirvələrin də fatehidir. Çıxış edən natiqlər onun tələbələri və iş yoldaşları kimi Mir Cəlal Paşayev haqqında xoş xatirələrini danışıblar. Qeyd ediblər ki, Mir Cəlal Paşayev dilimizin inkişafında müstəsna xidmətləri olmuşdur. Onun əsərlərində dilimizin yığcamlığı və orijinallığı aydın şəkildə görünür.

Universitetin tələbə-teatr studiyasının üzvlərinin ifasında MirCəlal Paşayevin əsərlərindən nümunələr tədbirə rəng qatıb.

# 2470 dəfə oxunub

Oxşar xəbərlər

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

18:30 23 sentyabr 2026
“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

18:15 23 sentyabr 2026
Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

18:00 23 sentyabr 2026
Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

17:30 23 sentyabr 2026
Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

17:00 23 sentyabr 2026
Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

16:30 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər