Tərcümə Mərkəzi London Kitab Sərgisində

Tərcümə Mərkəzi London Kitab Sərgisində
14 aprel 2015
# 16:39

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi 14-16 aprel tarixlərində Böyük Britaniya Krallığında keçirilən London Kitab Sərgisində iştirak edir. Kulisin məlumatına görə sərgidə Mərkəzin Azərbaycan dilində tərcümə edilən kataloqları, “Tərcümə Mərkəzinin Kitabları” seriyasından nəşrləri, “Xəzər” dünya ədəbiyyatı jurnalının son nömrələri, eləcə də ingilis dilində nəşr edilən “Candles” (Müasir Azərbaycan şeir antalogiyası) kitabı və s. maraqlı nəşrlər nümayiş etdirilir.

Mərkəz Böyük Britaniya Krallığının “English Pen” Free Word Centre (Azad Söz Mərkəzi), habelə digər tərcümə qurumları ilə qarşılıqlı əməkdaşlıq görüşləri keçirəcək.

Sərginin açılışında Azərbaycanın Böyük Britaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak edib. Mərkəzin direktoru A.Məsud cənab səfir T.Tağızadə ilə Azərbaycan mədəniyyətinə və ədəbiyyatına aid nəşrlərin Böyük Britaniyada yayılması və nəşri, ölkəmizin təbliğatı istiqamətində fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığıyla qurulan Azərbaycan stendində dövlətçilik, Qarabağ həqiqətləri, Azərbaycan mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına dair kitablar sərgilənir.

Sərgidə ölkəmizi Tərcümə Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası nəşriyyatlarının nümayəndə heyəti təmsil edir.

# 2290 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər