Facebookda Cəfəralının Coniyə çevrilməsi

Facebookda Cəfəralının Coniyə çevrilməsi
16 fevral 2015
# 11:01

Bu gün hava çox yağışlıdı, oturmuşam bir kafenin pəncərə tərəfində. Qəhvədən çıxan buxarın başdan çıxartdığı pəncərə şüşəsi ilə əylənir barmaqlarım. Orada əcaib şəkillər çəkirəm. Bu gün kafe tünlük deyil. Az-maz adam var. Onların da başı qarışıb özlərini öyməyə.

Məsələn, yanımdakı masada 18 yaşlılar oturublar (bir az böyük də ola bilərlər bəlkə də).

Qıvırcıq saçlı bir qız oğlana özündən danışır. Hobbilərindən. Heç vaxt böyüməyən itinin onu necə zövqlə yaladığından. Onun isə itə qarşı necə laqeyd olmasından zaddan. Oğlan da qıza alacağı “Iphone 7”dən (məncə bu telefon hələ çıxmayıb). Tam xatırlamadım.

Oğlan ofisiant çağırıb soruşdu: “Burada “Siçanlar və insanlar” kitabı var?”

Ofisiant anlamır oğlanı və bir nömrə verib xahiş edir ki, kitab haqda “Book cafe”yə kitab gətirən oğlandan xəbər alsın. Oğlan da zəng vurur.

Zəng edənin deyiminə baxın hələ: “Siçanlar və insanlar” kitabının burada azərbaycancası var?” Telefondakı da “hə” cavabını deyir və az sonra gəlib kitabı müştəriyə verir. Oğlan qıza gözünün ucu ilə baxıb, kitab gətirənə deyir: “Mən bunun Azərbaycan dilində olanını Türkiyədə nə qədər axtardımsa tapa bilmədim”.

Məntiqi tutdunuz?

Guya kədərli idim. Yğışı izləyib, kitab vərəqlərinin ekzotik qoxusunu içimə çəkərək melanxoliyanın dibinə vurmağa gəlmişdim. Bu dialoqlar mənim romantikamı üç qəpiklik etdi. Birdə baxdım ki, kitabla üzümü qapadıb şaqqanaq çəkirəm.

Doğrudan mən nəyə kədərlənmişdim? Nə illah elədim tapa bilmədim.

Həmin masanın yanına başqa bir qrup gəlib əyləşdi.

- Coni bura bax, İnstagramda səni bəyənən o qız var, ha ?

- Kimi deyirsən?

- O Monikanı deyirəm. Bura gələcək indi. Dəvət etdim.

- Lap yaxşı dərindən tanış olarıq.

Qeyd edim ki, ilk dəfədi bu kafenin xarizmasının belə mənasız söhbətlərlə yerlə-bir edildiyini görürəm.

Artıq kədəri unutdum. Onsuz bu səs-küydən kitab da oxumaq olmurdu. Başlayıram müşahidəyə. Diqqətlə ətrafı dinləyirəm.

Az sonra bir yeniyetmə daxil olur.

- Salam Cəfəralı, kak dela?

- Ə gic, ağzının danışığını bil. Cəfəralı kimdi?

- Qaqa, anlamadım.

- Coniyəm mən... Cəfəralı qaldı məhlədə, istəyirsən millətə biabır olum?

- Bağışla Cəfə... qaqa, anladım. Coni.

O biri masadakı qız diksinir. Qıvırcıq saçları kimi kələ-kötür səsiylə rəfiqəsinə cırıldayır:

- Eşitdin?

- Sənin Conin Cəfəralı imiş.

- Sus eşidəcək.

- Nə var burda?

- Adı nə olur olsun, onsuz mən də Selena deyiləm, hahaha.

- Başa düşmədim, bəs Selena kimdi?

- Əşi, Facebookda adım Selenadı. Coni də məni elə tanıyır. Üstəlik Selena Gomezin rəsmlərini görüb elə bildi mənəm. Mən də dinib danışmadım. Oğlandan çox xoşum gəlir. Dedim qoy danışaq, sonra qardaşıma deyəcəm gedib çırpacaq. Məcbur nişanlanacağıq. Az indidən seçirəm gəlin paltarımı.

- Bəs universitet?

- Coninin dədəsi pulludur. Bir əncam çəkər o işə də...

- Əla, onda indidən təbrik edirəm, Səlfinaz, səni ...

Gülməkdən yanaqlarım ağrıyırdı. Hələ qabırğalarımı demirəm.

Gözlərimdən yaşlar axırdı. Mən Monikanı gözləyə bilmədim, bağışlasın. Hesabı ödədim. Dönüb gələcəyimiz olacaqlara baxdım. Üzümdəki gülümsəmənin yerini boz bir narahatlıq almışdı. Paltomu götürüb. Çölə çıxdım.

Yağış da boz-boz yağırdı. Səma da bozarmışdı. Gələcək də deyəsən bozarırdı...

Niyə əcnəbi ad seçirik düşüncəsi, məni məmur qalstuku kimi sıxırdı. Özümüzü ifadə etmək bu qədərmi çətin idi?

Biz niyə çılpaq Selena, uşaqlığını yaşamadan qocalan Jastin, hardan gəldiyi bilinməyən Coni olmaq istəyirik?

Biz əslində kim olmaq istəyirik? ...

Yağış leysana çevrilmişdi. Mən dayanacağa sığındım. Avtobus gecikmişdi nəsə. Bura da adamla dolu idi.

Və bir anda bir səs beynimi “lezvaladı”: “Mənəm də Monika”, gəlirəm, şoferimiz gəlib çıxmayıb hələ.

Mən bu Monikanı deyəsən tanıyırdım. Dönüb ona baxdım. Avtobus dayanacağa yaxınlaşırdı. Monika ya da gerçəkdə hər kim idisə məni itələyib avtobusa soxuldu. Atasının şoferi avtobus sürücüsü idimi?

Mən elə dalğın idim ki, avtobusun arxasınca gülümsəyə-gülümsəyə qalmışdım. Dayanacaq boşalmışdı. Mən bir siqaret yandırıb. Monikanı düşünürdüm.

Qismətdə Monikanı da tanımaq varmış... Gərək gedim facebookda yazım ki, “Əsəd Qaraqaplana deyin Monikanı tapmışam”...

# 2158 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər