Yaxşı selfi çəkməyin 10 qaydası

Yaxşı selfi çəkməyin 10 qaydası
2 iyun 2019
# 15:30

Müasir dövrün əsas trendlərindən biri olan “selfie” – öz şəklini çəkmək – çox adama asan gələ bilər. Əlbəttə, burda qəliz heç nə yoxdur. Telefonun qabaq kamerası ilə öz şəklini çəkirsən, məsələ bitir. Amma söhbət ən yaxşı “selfie”lərdən gedirsə, onda Kulis.az-ın təqdim etdiyi bu məsləhətləri mütləq oxuyun.

1. Aşağıdan çəkməyin. Ən yaxşı “selfie”lər kameranın təxminən gözlə bərabər səviyyədə tutulduğu “selfie”lərdir.

2. Özünüzün ən yaxşı tərəfinizin göstərin. Bir neçə kadr çəkməyə cəhd edin. Bu halda hansı tərəfinizin daha fotogenik olduğunu aydınlaşdıra bilərsiniz: sağ, yoxsa sol tərəf?

3. Əllərinizə fikir verin. Fotonu çəkəndə qolunuz düşməsə, daha yaxşı olar. Barmaqlar, yaxud dirsək görünən “selfie” qeyri-ciddidir.

4. Güzgü qabağında çəkdirəndə işığı söndürün. Yoxsa şəkildə gördüyünüz vəziyyət yaranacaq. İşıq fotonu tamamilə məhv edir.

5. Elə tərəfdə dayanın ki, işıq düşən yerlə üzbəüz dayanasınız. Arxanızı pəncərəyə tərəf deyil, üzünüzü pəncərəyə tərəf çevirin. Bu halda həm foto keyfiyyətli çıxacaq, həm də bütün gözəlliyiniz ortada olacaq.

6. Təkcə “İnstagram”ın deyil, digər tətbiqetmələrin də təklif etdiyi foto effektlərindən istifadə edin. Hətta adamı arıq göstərən effektlər də var.

7. Kameraya işləmə, qoy kamera sənin üçün işləsin. Yaxşı “selfie” üçün duruş önəmlidir təbii ki. Siz gözəl bir insanlar söhbət edirmişsiniz kimi dura bilərsiniz məsələn. Başqa bir variant isə bir neçə foto çəkib birini seçməkdir.

8. Sıradan bir “selfie” əvəzinə maraqlı nəsə düşünə bilərsiniz. Yeniliklər hər zaman maraqlı qarşılanır.

9. Mühüm məsələlərdən biri arxa fondur. Arxa fonda artıq adamların olmadığına fikir verin. Ən əsası isə çirkli arxa fon seçməyin. Yuyulmamış qab-qacaq, yığılmamış yorğan-döşək və s. məsələlərə diqqət edin. Yaxşı seçilmiş arxa fon uğurlu “selfie”nin 90 faizi deməkdir.

10. Dodaqların büzülməsi mənasını verən “duck face” (ördək sifəti) pozasında dayanmayın. Çalışın gülümsəyin. Səhər tezdən “İnstagram”da gəzişən adama sizin pozitiv sifətiniz daha yaxşı təsir göstərir, nəinki ördək.

# 10412 dəfə oxunub

Oxşar xəbərlər

AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımladı

AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımladı

12:14 4 noyabr 2026
"Mənə yaşadığımı hiss etdirən təkcə sənsən..."  - İngilis mütəfəkkirdən sitatlar

"Mənə yaşadığımı hiss etdirən təkcə sənsən..." - İngilis mütəfəkkirdən sitatlar

12:00 4 noyabr 2026
Məşhur müğənni azadlığa buraxıldı

Məşhur müğənni azadlığa buraxıldı

11:30 4 noyabr 2026
Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

11:15 4 noyabr 2026
35 yaşlı  müğənni xərçəngdən  vəfat etdi

35 yaşlı müğənni xərçəngdən vəfat etdi

10:55 4 noyabr 2026
77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

10:17 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər