Xanım rəssamlarımızın əsərləri Polşada

Xanım rəssamlarımızın əsərləri Polşada
9 iyul 2019
# 09:59

Polşanın Pruşkuv şəhərində Azərbaycanın qadın rəssamlarının əsərlərindən ibarət sərgi keçirilib.

“Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycan rənglərinin ahəngi” adlı layihə çərçivəsində təşkil olunub.

Pruşkuv Şəhər Mədəniyyət və İdman Sarayının rəsm qalereyasında təşkil edilən sərgidə rəssamlardan Nərminə Vəliyeva, Səidə Kəbirlinskaya, Nurgül Əliyeva, Zəhra Məmmədzadə, Əzizə Sadıqova, Leyla Babayeva, Şura Zeynal, Zəhra İldırımzadə və Leyli Musayevanın əsərləri nümayiş olunub.

Rəsmi açılış mərasimində Polşada fəaliyyət göstərən “Fundacja Pokolenia Pokoleniom” qeyri-hökumət təşkilatının sədri Barbara Texmoşenski sərgi haqqında məlumat verib.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iki ölkə arasındakı əlaqələrdən söhbət açıb, belə bir mədəniyyət tədbirinin Pruşkuv şəhərində keçirilməsinin təsadüfi olmadığını deyib. O, Bakının Xəzər rayonu ilə Polşanın həmin rayonunun qardaşlaşmış şəhərlər kimi sıx əlaqə saxladığını bildirib, habelə ölkəmizdə rəngkarlıq sənətinin qədim tarixini, nümayiş olunan sərgidə isə müasir Azərbaycan rəssamlarının əsərləri ilə tanış olmaq imkanı yaradıldığını qeyd edib.

“Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva tədbirdə çıxış edərək sərginin təşkilinə Azərbaycan dövlətinin verdiyi dəstəyi, belə mədəniyyət tədbirlərinin xalqlar arasında körpü rolu oynadığını diqqətə çatdırıb.

Tanınmış rəssam Nərminə Vəliyeva sərgilənən rəsm əsərlərinin məziyyətləri, Polşada Azərbaycan rəssamlarının əsərlərinə göstərilən diqqət və maraq barədə danışıb.

Tədbirdə çıxış edən Pruşkuv şəhərinin rəsmiləri bu cür mədəniyyət tədbirlərinin əhəmiyyətindən danışıblar.

Sonra tədbir iştirakçıları Azərbaycanın qadın rəssamlarının əsərləri ilə yaxından tanış olublar. Qonaqlara Azərbaycanın turizm imkanlarını əks etdirən çoxsaylı kitab və broşür paylanıb. Onlar Bakıda polyak memarların inşa etdiyi binalara həsr edilmiş stendə, eləcə də həmin mövzuda kitablara böyük maraq göstəriblər. Sərginin tamaşaçıları ölkəmizin Polşadakı səfirliyi tərəfindən təqdim edilən Azərbaycan paxlavası və nar şirəsinə qonaq edilib.

“Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva bildirib ki, sərginin keçirilməsində məqsəd Azərbaycanın turizm imkanlarını təbliğ etmək, şəhər sakinlərinə bu barədə ətraflı məlumat vermək olub. Ona görə də sərgiyə gələn qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan tarixi və mədəniyyəti mövzusunda nəşrləri, Dövlət Turizm Agentliyinin ölkəmizin turizm imkanlarına dair buklet, kitab və broşürləri, eləcə də Bakıda fəaliyyət göstərmiş polyak əsilli memarlar haqqında kitablar hədiyyə verilib.

Qeyd edək ki, “Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyi oxşar mədəniyyət tədbirlərini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə bundan əvvəl ABŞ, Avstraliya, İtaliya, Almaniya, Macarıstan və digər ölkələrdə təşkil edib. /azertag.az/

# 4223 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər