Bu mahnılarımızdan hansı plagiatdır? - Video

Bu mahnılarımızdan hansı plagiatdır? - Video
14 noyabr 2019
# 18:00

Kulis.az şair Elman Cıvıroğlunun “Qaçaq Nəbi” mahnısı və “Səttərxan” təsnifi”yazısını təqdim edir.

Bilindiyi kimi ədəbiyyat, bədii yaradıcılıq sahəsi də içində olmaqla sənət aləmində sənətkarlarmız arasında bir-birindən təsirlənmələr olub. Hətta poezyada bir klassikimiz özündən öncəki klassikdən, sənətkardan təsirlənərək onun hər hansı bir şeirinə nəzirə də yazıb. Məsələ, klassiklərimizdən olan Ə.Nəvainin bəzi qəzəlindən ilham alaraq Füzulinin gözəl əsər ortaya qoyduğu bəllidir.

Yaxın tariximizdə görkəmli sənətkarımz Hüseyn Cavid "Şeyx Sənan” faciəsindəki kor ərəbin məşhur mahnısının mətnini Güney Azərbaycanlı şairimiz Əbülhəsən Racinin

Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı
Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı

beytiylə başlayan bir şeirindən təsirlənərək yazıb. Səməd Vurğunun ölkəmizdə geniş yayılmış "Azərbaycan, Azərbaycan” başlıqlı şeirin də Əhməd Cavadın eyni adlı, 1919-cu il tarixli şeirindən doğduğu bilinməkdədir. İncəsənət sahəsində də təsirlənmələr özünü az göstərməyib.

Burada məqsədim toxunduğum mövzu ilə bağlı geniş danışmaq deyil, iki qəhrəmanlıq mahnımıza, nəğməmizə dair bir-iki söz söyləmək istəyirəm. Bunlardan biri "Qaçaq Nəbi”xalq mahnısı, digəri isə ”Səttarxan təsnifi”dir. "Qaçaq Nəbi” mahnısını usta xanəndələrimizin ifasında çox dinləmişik. "Səttarxan təsnifini işə şəxsən mən "Segah” muğamının ifasında zirvə fəth etmiş İslam Abdullayevin ifasında dinləmişəm. Bu təsnifi başqa bir xanəndənin, müğənninin oxuduğuna dair bir bilgim yoxdur.

"Səttarxan təsnifini dinləyərkən bu təsnif ilə "Qaçaq Nəbi” mahnısı arasında olduqca yaxın bənzərlik, hətta eynilik (mətindəki sözləri çıxmaqla) gördüm. Eyni melodiya, eyni motiv...

Bildiyim qədərilə qəhrəmanlıq mahnısının ikisi də Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Qarabağ bölgəsində yaradılıb, ifa edilib.

İslam Abdullayevin ifasında "Səttarxan təsnifi” 1909-cu ildə (bəzən 1910 kimi göstərilir) Azərbaycandan kənarda bir səhmdar şirkəti tərəfindən qrammofon valına yazılmışdır. Qacaq Nəbi haqqında mahnı isə yuxarıda da dediyim kimi Sovet dövründə xanəndələrimiz (Xan Şuşinski də daxil olmaqla) tərəfindən oxunub. Buradan təbii olaraq belə bir sual ortaya çıxır: Bu musiqi örnəklərindən təsir edən və təsirlənən hansıdır, yaxud hansı "köçürmə” dir?

Xalq musiqimizə bələd olan musiqiçilərimizin bu məsələyə aydınlıq gətirəcəklərini ümid edirəm.

"Səttarxan təsnifi"

​

"Qaçaq Nəbi" mahnısı​

# 9482 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər