Əzim Əzimzadə muzeyinin açılışı olub

Əzim Əzimzadə muzeyinin açılışı olub
29 aprel 2019
# 13:13

Aprelin 29-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin Bakı şəhərindəki Dilarə Əliyeva küçəsi 157-də yerləşən xatirə muzeyinin təmirdən sonra açılışı olub.

Açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, Xalq rəssamları Ağəli İbrahimov, Arif Hüseynov və başqaları çıxış edərək Əzim Əzimzadə yaradıcılığından, onun Azərbaycan təsviri sənətinə verdiyi töhfələrdən söhbət açıblar.

Qeyd edilib ki, fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. Mədəniyyət ocağı 1968-ci ildə qapılarını ziyarətçilərə açıb. Mədəniyyət Nazirliyinin köməkliyi ilə muzeyin binası yenidən qurulub, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə eksponatların bərpası həyata keçirilib və ekspozisiyaya yeni bədii tərtibat verilib.

Diqqətə satdırılıb ki, Əzim Əzimzadənin xatirə muzeyində 2117 eksponatı, Milli İncəsənət Muzeyində 232 əsəri, 3 albomu, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində isə 499 eksponatı saxlanılır./azertag.az/

# 3641 dəfə oxunub

Oxşar xəbərlər

"The Rolling Stones"dan 25-ci albom

"The Rolling Stones"dan 25-ci albom

14:01 10 iyul 2026
Nasist kölgəsi və "Ağ Gül" yalanı - Faşistlərin qulaq asdığı bəstəkar kim idi?

Nasist kölgəsi və "Ağ Gül" yalanı - Faşistlərin qulaq asdığı bəstəkar kim idi?

13:09 10 iyul 2026
88 yaşlı Entoni Hopkins albom buraxdı

88 yaşlı Entoni Hopkins albom buraxdı

12:30 10 iyul 2026
Astma, tənhalıq və qadağan olunmuş sevgi – Prust niyə insanlardan qaçırdı?

Astma, tənhalıq və qadağan olunmuş sevgi – Prust niyə insanlardan qaçırdı?

12:00 10 iyul 2026
Azərbaycanın dostu olan özbək şairin həyat hekayəsi - Qafur Qulam kimdir?

Azərbaycanın dostu olan özbək şairin həyat hekayəsi - Qafur Qulam kimdir?

12:00 10 iyul 2026
Şuşada IV Qlobal Media Forumu keçiriləcək

Şuşada IV Qlobal Media Forumu keçiriləcək

11:00 10 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər