Məktəbdən qaçdı, Nobelə namizəd oldu

Məktəbdən qaçdı, Nobelə namizəd oldu
23 mart 2019
# 17:35

Bu gün az qala bütün dünya məktəbli vegan iqlim aktivisti Qreta Tunberqdən danışır. Bəziləri onun fəaliyyətini sərt tənqid edərək, onun aktivizmini emosiyalar üzərində qurulmuş hoqqa adlandırır, bəziləri isə onu opera müğənnisi anası və aktyor atasının bir layihəsi hesab edirlər. Onlar bunu deyərkən, valideynlərinin qızlarının həyatı barədə kitab yazıb satışa çıxarmalarını əsas gətirir. Amma kim nə deyir desin, fakt göz qabağındadır, az qala bütün dünyada məktəblilər Qretanın səsinə səs verərək, iqlim dəyişikliyinə etiraz edirlər.

Qreta İsveçdə, yuxarıda qeyd etdiyimiz kimi, opera müğənnisi Malena Erman və aktyor Svante Tunberqin ailəsində dünyaya gəlib. Onun Bieta adlı bir bacısı da var. Bütün ailə Qretanın təkidləri sayəsində vegan olmağa qərar verib. Eyni zamanda, Qreta təyyarə ilə uçmağı da etik hesab etmir və ən uzun, günlərlə çəkən səfərlərə belə qatar və ya avtobusla gedir. Ailəsi də, Qretanın təsiri sayəsində təyyarə uçuşlarından imtina etməli olub. O özü məhdudiyyətlər barədə belə deyir: "Mənim üçün bunların heç biri qurban deyil, çünki bunlara ehtiyacım yoxdur. Bəzi insanların bunu qurban olaraq gördüklərini anlayıram".

Qreta nə edir?

O, iqlim problemləri ilə bağlı BMT sədri ilə görüşür, dünya çaplı forumlarda iştirak edir və bütün dünyaya haray salır “Yer - bizim evimiz od tutub yanır. Siz uşaqlarınızı hər şeydən daha çox sevdiyinizi söyləyirsiniz və yenə də onların gözü qarşısında onların gələcəyini oğurlayırsınız."

Onun inisiativi əsasında yaranmış ümumdünya şagird hərəkatı Fridays For Future («Gələcək naminə cümə günləri») adlanır. Hərəkatın saytında deyilir ki, Qreta məktəblilərə bələdiyyə binaları yaxınlığında etiraz aksiyası keçirərək, fotolarını çəkib internetə yerləşdirməyi məsləhət görür. Bu fotolar virtual məkana #Fridaysforfuture və #Climatestrike heştegləri ilə yüklənir. Hərəkatın ideologiyası bundan ibarətdir ki, uşaqlar məktəbə getməli olsalar da, iqlimin korlandığı bir dünyada təhsilin mənası yoxdur: «Bəlkə də gəlməyəcək bir gələcək üçün təhsil almağın nə mənası var ki? Əgər bizim hökumətlər təhsilli adamların sözünə baxmırsa, təhsilli olmaq nəyə lazımdır?»

2019-cu il martın 15-də bütün dünyada - 123 ölkədə, Qretadan ilhamlanıb etiraz edən məktəblilərin sayı bir milyon yarım oldu. Ümumilikdə 2 min etiraz aksiyası keçirildi.

Nobel mükafatı

Sosialist Sol Partiyadan olan üç Norveç Milli Qanunvericisi, "Qretanın başladığı kütləvi hərəkatı çox mühüm bir sülh töhfəsi" adlandıraraq, "iqlim təhlükəsi bəlkə də müharibə və qarşıdurmalar üçün ən əhəmiyyətli töhfələrdən biridir" deyib, onu Nobel sülh mükafatına təqdim ediblər.

Nobel Sülh Mükafatının qaydalarına əsasən, hər hansı bir Milli Qanunverici orqan, mükafata bir namizəd təyin edə bilər.

Tunberqin bu namizədliyə reaksiyası isə belə oldu, “Çox minnətdaram, bir az da təəccübləndim."

azlogos.eu

# 4151 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər