Bir şeir ki dua kimi deyib dincələk

Bir şeir ki dua kimi deyib dincələk
7 sentyabr 2016
# 11:44

Qardaşxan

Söz sənətinin vurğunu Lalə Məmmədovaya

Bir tale ki pəncərədən daş kimi gəlsin

bir ömür ki xumar gözdən yaş kimi gəlsin

kim görüb hər Bəri baxdan bir geri baxıb

Allaha xoş gəlməyənin xoş günü gəlsin

bir Yazı ki eşq nağılı Min bir gecəlik

bir şeir ki dua kimi deyib dincələk

uzun sözün qısasını yazan bir şeir

Yazan sözün qısasına yazıb hər şeyi

qırx incəbel qızla bağda süzən bir şeir

sərv boyu tül yelkəndə üzən bir şeir

iki daşın arasından sızan bir şeir

çay əli dağ ətəyindən uzun bir şeir

bu da sənə uzun sürən qaranlıq gecə

sanki qurdla qiyamətə qalan bir qoca

dalısıyca ayağını sürüyən küçə

günəşli gündüzdən aylı gecədən keçə

ay mərcanı çaya düşən göy bəndə düşə

ay könüldən çay adlı bir kəməndə düşə

ay sayrışan burulğan su sal daşda çaşa

çay məcranı dəyişə sel su daşdan daşa

dağ çilleyi kamanına mindirib çayı

əldən çıxan misra çəkib sözbəsöz yayı

dağdakı kef düzdə çayın burnundan gəlib

kim qaytarıb gözəl Tanrı göndərən payı

# 2382 dəfə oxunub

Oxşar xəbərlər

Proses art -  Dilimiz varlığımızın ifadəsi kimi: perspektivlər və təhdidlər

Proses art - Dilimiz varlığımızın ifadəsi kimi: perspektivlər və təhdidlər

10:42 20 noyabr 2026
Robert De Nironun çəkildiyi film illər sonra ekranlara qayıdacaq

Robert De Nironun çəkildiyi film illər sonra ekranlara qayıdacaq

10:22 20 noyabr 2026
Vyetnamlı ədəbiyyatşünas: "Azərbaycan ədəbiyyatını daha yaxından tanımağa başlayırıq"

Vyetnamlı ədəbiyyatşünas: "Azərbaycan ədəbiyyatını daha yaxından tanımağa başlayırıq"

09:43 20 noyabr 2026
“The Comeback King”  filminin treyleri yayımlandı

“The Comeback King” filminin treyleri yayımlandı

18:51 19 noyabr 2026
Xulio İqlesias  barəsində araşdırma başladı

Xulio İqlesias barəsində araşdırma başladı

17:48 19 noyabr 2026
“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

17:12 19 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər