Bu ofisiantları siz də tanıyırsınız

Bu ofisiantları siz də tanıyırsınız
15 may 2015
# 12:40

Kulis 8 ofisiant tipini təqdim edir.

İtkin ofisiantlar: Onları tapıb sifariş vermək, hesab istəmək həmişə müşküldür. Ya gözə dəymirlər, ya da bir anlıq görünüb yoxa çıxırlar.

Özünügözəsoxanlar: Belələrinə adətən şadlıq evlərində rast gəlmək olur. Onların əlindən az qalırsan siqareti də onlara verəsən ki, qardaş, al çək. Külqabıya kül vurmağını görürsən, tez dəyişirlər, əlini arağa uzatmağını görürsən, araq süzülür. Bu gərgin qulluqda insan özünü narahat hiss edir.

Salfetkaya nömrə yazanlar: Onlar ovlarını əvvəlcə diqqətlə müşahidə edirlər. Bu mənalı-mənasız baxışlardan sonra isə stola salfetka gəlir. İçində də nömrə. Salfetkanı gətirməyi də çox zaman başqalarına həvalə edirlər. Belələri işlə sevgini birləşdirmək cəhdində bulunanlardır.

Menyu gətirməyənlər: Onlardan menyu almaq İblisdən Quran almaq kimi bir şeydir. Nə illah edirsənsə menyu gətirmirlər. Şifahi yaradıcılığa, folklora daha çox üstünlük verirlər.

Günəşi küləş eşidənlər: Onlardan qarpız deyəndə sizə qaban gətirə bilərlər. Ən pis cəhətləri odur ki, sizin səhv dediyinizi sizə sübut etmək də istəyirlər. Sifarişi dəyişib siz istədiyinizi gətirmək onların ağlına gəlmir.

Çoxdanışanlar: Hə, bu tiplər də var. Sizin dostunuzla söhbət etməyinizə mane olarlar. “Axşam televizora baxdınız” deyə soruşub cavab gözləmədən hər şeyi danışmağa başlayarlar. Onlardan xilas olmaq heç də asan deyil.

Məsləhətçilər: Menyunu sizə versələr də seçimi özləri etmək istəyərlər. Misal üçün, hinduşka istəsəniz əminliklə deyərlər ki, indi hinduşka dadlı olmur. Ya da hansısa yeməyi istəsəniz belə deyərlər: “O məsləhət deyil” ya da “Sizlik deyil” Onların əlindən həmişə yeməyi bu cür sifariş etmək lazımdır: -“Dolma məsləhətlidir?”,-“Hə”, -”Bir pors ver onda

Dost ofisiantlar: Onlar doğrudan da sizin dostlarınızdır. Hesab ödəməyə pul yoxdursa problem yoxdur. Həmişə ən yaxşı yeri sizin üçün ayırar. Ən yaxşı yeməkləri sizin üçün gətirər. Mümkün olan hər şeyin ən yaxşısını gətirər.

# 2859 dəfə oxunub

Oxşar xəbərlər

Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər