Kukla Teatrı mövsümü başa vurur

Kukla Teatrı mövsümü başa vurur
10 iyul 2019
# 18:26

Yaradıcılıq baxımından səmərəli fəaliyyəti ilə seçilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı iyulun 11-də 87-ci mövsümünün başa çatması münasibətilə teatrsevərləri ətrafına toplayacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, həmin gün il ərzində məhsuldar səhnə nümunələri sərgiləyən yaradıcı heyətin mükafatlandırılması mərasimi keçiriləcək. Teatrın truppası ilə yanaşı, onun nəzdindəki “Oyuq” teatr-studiyasında fərqlənməyi bacaran balacalar da öz mükafatlarını alacaqlar.

Artıq ənənə halını alan bu təntənəli bağlanış mərasimində mövsüm ərzində əldə olunan uğurların, yaradıcılıq planı üzrə görülən işlərin hesabatı da veriləcək.

Teatr əməkdaşlarının stimullaşdırılması, onların illik fəaliyyətinə rəmzi qiymətin verilməsi məqsədilə keçirilən bu mərasimdə ilin ən yaxşı tamaşası, ən yaxşı aktyor və aktrisası, ən məhsuldar əməkdaşı, eləcə də uğurlu debütü, perspektivli işçisi kimi bir sıra digər nominasiyalarda seçilənlər elan olunacaq.

Tədbirdə teatrın fəaliyyətini daha geniş şəkildə işıqlandıran, sənət ocağının yaradıcılığı ilə ictimaiyyəti daha yaxından tanış edən kütləvi informasiya vasitələri təmsilçilərinin “Teatrın dostu” nominasiyasında mükafatlandırılması da reallaşacaq.

Mərasimdə repertuardakı seçkin və yeni tamaşalardan səhnəciklər, “Oyuq“ teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında musiqi çələngi də təqdim olunacaq. /azertag.az/

# 4028 dəfə oxunub

Oxşar xəbərlər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

11:52 14 noyabr 2026
“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

11:03 14 noyabr 2026
Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

10:29 14 noyabr 2026
Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər