Milli Kino Günü qeyd olunacaq

Milli Kino Günü qeyd olunacaq
25 iyul 2019
# 11:33

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2 avqust 2019-cu il tarixində saat 18:00-da Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Nazirlikdən kulis.az-a verilən xəbərə görə, mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak edəcəyi mərasimdə dövlət studiyalarında son illər ərzində görülmüş işlər haqqında video-çarxlar vasitəsilə məlumatın verilməsi və bir qrup kino xadiminin mükafatlandırılması nəzərdə tutulmuşdur.

Tədbirdə həmçinin dövlət sifarişi ilə istehsal olunmuş, gənc rejissorlar Kamal Yaşarın “Dan yeli”, Pərviz Həsənovun “Soraq”, eləcə də Orxan Ağazadənin müstəqil şəkildə çəkdiyi “Oturacaqlar” qısametrajlı bədii filmləri nümayiş etdiriləcək.

# 4808 dəfə oxunub

Oxşar xəbərlər

Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
“Kəlağayı bayramı”   keçiriləcək

“Kəlağayı bayramı” keçiriləcək

11:26 21 noyabr 2026
Sürrealizmin məşhur tablolarından biri - Rene Maqritin "Saxta güzgü"sü

Sürrealizmin məşhur tablolarından biri - Rene Maqritin "Saxta güzgü"sü

10:58 21 noyabr 2026
“Ortaq irs: Türk xalçası” - Xalq rəssamı Lətif Kərimovun 120 illiyinə

“Ortaq irs: Türk xalçası” - Xalq rəssamı Lətif Kərimovun 120 illiyinə

10:03 21 noyabr 2026
Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər