Rafiq Tağı: günümüzün Nəsimisi

Rafiq Tağı: günümüzün Nəsimisi
23 noyabr 2015
# 10:36

Kulis "Qardaşxan"ın "İmza yerinə rəmzi qılınc" yazısını təqdim edir

Allah bəşəri dəyər meyarlarından nəhayətsiz dərəcədə üstündür.

Rafiq Tağı

Nə yaxşı, Yaradanı monopoliyaya almaq olmur. O, hamınındır, hamı da onun.

Özü də, əslində, parasız.

Ancaq yox, ayrı-ayrı təriqətlər və təmsilçiləri, lap elə sıradan üzvləri Ali Gücü inhisara almaq niyyətindədirlər. Düzüb-qoşduqlarını aksiom sanırlar. Sanki onlar Böyük Qüdrətin adından danışmağa səlahiyyətlidirlər, vəkil seçiliblər, - kim tərəfindən, nə üçün, başlıcası hansı haqq ilə soruşanı, cavab verəni yoxdur. Yorğan-döşək sırıyan sayaq kobud ehkam sapları ilə beyinləri zor-xoş sırıyırlar.

Nə yaxşı, Qurban Olduğum mənimsənilməyir və barəsində hələ ki, özəlləşdirilməmiş bir neçə ali sözdən istifadə edə bilirik.

Bu təkrarsız dünyada hər gün təkrar olunur, amma o özü olduğu qədər də özü olmur. İnsanlar da beləcə. Hər bir insanın ruhu da özünə bənzərin cismində dünyaya qayıdır.

Nəsiminin dərisini soyduranlar cahil idilər, amma öz bugünkü xələflərindən fərqli olaraq bir cahanın lənətinə sığmayan əməllərini aşkar, “mərd-mərdanə" etdilər. Hazırda hüzür tamadaları artıq böyüklüyünü inkar etmək mümkün olmayan Nəsimidən bəlağətlə danışırlar. Sələflərinin günahlarını „yuyurlar". On dördüncü əsrin düşüncə üsyançısına bu gün xalqın hədsiz sevgisindən çəkinərək onu heç nə olmamış kimi özününküləşdirməyə çalışırlar.

Guya Nəsimi də eynən bunlar deyəni deyir.

O mürşid də, bu mürid də cəsarətli fikirlərinin qurbanı oldular. Sələflərindən daha namərd cinayətkar naxələflərin ardıcılları isə bir qədər uzaq sabahda yeni şəraitə uyğunlaşaraq bu dəfə Rafiq Tağıdan sitatlar gətirəcəklər.

İnsan beyni virusa yoluxubsa, nə gözü, nə könlü, nə beyni, nə eyni, nə dili, nə əl-qolu açılır.

Çoxşaxəli cəhalətin qələm qardaşımıza toy tutduğu günlər onsuz da Qarabağ hüzüründən çıxmayan ədəbi kəsimin yası, azad fikrin öndərinə qucaq açan əbədiyyətin toy-bayramı idi, - o, Böyük Yolun daha bir yolçusunu ağuşuna almış olurdu.

Doğmalarımla Rafiqi xəstəxanada iki dəfə ziyarət edə bildim. Şaşırmışdım. Nə deyəcəyimi bilmədim. Qayğıkeşliklə bizdən soruşdu: "Necəsiniz?" Həmişəki kimi o, HƏKİM idi, BİZ XƏSTƏ.

Həmin nurlu sima, işıqlı gözlər, xoş təbəssüm… Balam gülü dolab üstə qoyub, yazarın alnından öpdü. Bu mənzərə Onun keçindiyi sabahı günü nəzərimdə ayrı məna kəsb etdi.

Mən Rafiqi bu gün ailəsinin, dostlarının yanında təsəvvür etmək istərkən onun müqəddəs məzarı üstə gül yerinə “Şübhə etməkdə haqlıdır insan" deyən Hüseyn Cavidin “Gərçi görmək də başqa nemətdir, Görməmək ən böyük səadətdir" misralarını “düzürəm...".

# 2168 dəfə oxunub

Oxşar xəbərlər

Klod Monenin  tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

Klod Monenin tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

18:30 22 oktyabr 2026
Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

18:10 22 oktyabr 2026
Türkiyədə  arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

Türkiyədə arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

18:00 22 oktyabr 2026
“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

17:30 22 oktyabr 2026
Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

17:00 22 oktyabr 2026
Leyla Əliyeva Səmərqənddə  İmam əl-Buxari memorial kompleksində

Leyla Əliyeva Səmərqənddə İmam əl-Buxari memorial kompleksində

16:51 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər