“Yeddi gözəl” slovak dilində

“Yeddi gözəl” slovak dilində
30 aprel 2019
# 10:30

Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisindən seçmə parçalar slovak dilinə tərcümə olunaraq Bratislavada nəşr edilib.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən ONA-ya bildirilib ki, nəşri slovak dilinə Lubomir Feldek tərcümə edib. Kitaba şairin əsərlərinə orta əsrlərdə çəkilmiş və Bakıda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunan miniatürlər daxildir.

Nəşrin təşəbbüskarı və icraçıları Slovakiya Respublikasının Danubius Universiteti, Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu və AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir.

“Çesta laski” – “Sevgi yolu” adı altında işıq üzü görən kitab Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun yazdığı “Nizami Gəncəvinin yeni dönüşü” adlı müqəddimə ilə başlanır.

Kitabının Bratislavada geniş təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

# 3659 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

10:30 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər