Azərbaycanlı balet artisti kitab yazdı

Azərbaycanlı balet artisti kitab yazdı
4 iyun 2018
# 10:35

Azərbaycanın Xalq artisti, balet aktyoru Gülağası Mirzəyevin “Rampa işığında həyat” adlı kitabının təqdimatı keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, təqdimat iyunun 5-də YARAT Mərkəzində Ədəbiyyat Klubu çərçivəsində baş tutacaq.

Rus dilində yazılmış kitab balet artistinin yaradıcılıq yollarından bəhs edir. “Son 20 ildə Azərbaycanda balet sənəti haqqında məqalələr, resenziyalar anonslar istisna olmaqla, heç bir kitab çap edilməyib və bu kitabın unikallığı ondadır ki, onu balet artisti yazıb və o yalnız bir tamaşadan və ya həyat epizodundan bəhs etmir, bir çox premyeralar qastrol çıxışlarından, balet sənətindəki problemlərdən bəhs edir”. – Tədbirin anonsunda belə deyilir.

Tədbir təşkilatçılarının yazdığına görə, qonaqları kiçik bir sürpriz gözləyir,. Belə ki, tədbir balet artistlərinin performansı ilə başlayacaq, daha sonra müəllif kitabı haqda danışacaq. Tamaşaçılarla interaktiv oyun, viktoruna keçirilməsi planlaşdırılır, qaliblər müəllifin avoqrafı ilə kitab hədiyyə qazanacaqlar. Giriş sərbəstdir.

Mirzəyev Gülağası Ağahüseyn oğlu Azərbaycanın Xalq artisti, Prezident mükafatçısıdır.

1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin klassik şöbəsini bitirmişdir. 1994-cü ildə BXM-nin sonuncu kursunda təhsil alarkən G.Mirzəyev Teatrın balet truppasına qəbul edilmişdir. G.Mirzəyev Teatrın repertuarında olan əksər tamaşalarda - “Jizel” (Albert), “Romeo və Cülyetta” (Romeo), “Karmen-süita” (Torero), “Don Kixot” (L.Minkus) (Espada), “Şelkunçik” (Şahzadə) “Qu gölü” (Pa-de-trua), “Leyli və Məcnun” (Q.Qarayev) (Məcnun), “Don Kixot” (Q.Qarayev) Don-Kixot), “Min bir gecə” (Ələddin), “Yeddi gözəl” (Bəhram-şah) və “Bolero”, “Tamahlar”, “Ağ və qara”, “Xeyir və şər”, “Xəzər balladası” baletlərində solo partiyalar ifa edir.

# 2833 dəfə oxunub

Oxşar xəbərlər

"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

16:26 13 noyabr 2026
“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

16:26 13 noyabr 2026
Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

15:54 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər