Möhsün Nağısoylu – 70

Möhsün Nağısoylu – 70
1 sentyabr 2016
# 10:35

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 yaşı tamam olur

Tanınmış dilçi alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 yaşı tamam olur.

Möhsün Nağısoylu 1946-cı il sentyabrın 1-də Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olub. 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı şöbəsinə daxil olub, 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1972-ci ildə əmək fəaliyyətinə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda başlayan Möhsün Nağısoylu baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. 1979-cu ildə “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)” mövzusunda namizədlik, 1994-cü ildə isə “XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (mətnşünaslıq, tərcümə və dil məsələləri)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2012-ci ildə professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Professor Möhsün Nağısoylu 36 kitab və monoqrafiyanın, o cümlədən “Orta əsrlərdə Azərbaycan tərcümə sənəti”, “Şirazinin “Gülşəni-raz” tərcüməsi, “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə”, “Şəbüstəri Şeyx Mahmud. Gülşəni raz”, “Əhmədi “Əsrarnamə” tərcüməsi”, “A.Bakıxanovun “Riyazül-qüds” əsəri klassik tərcümə nümunəsi kimi” və s. tərcümə əsərlərinin tərtibçisi və izahlarının müəllifi, 2 ali təhsilə hazırlıq kursları üçün bir sıra dərs vəsaitlərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test tapşırıqlarının müəllifidir.

Görkəmli alim 300-ə yaxın elmi, elmi-kütləvi məqalənin, müxtəlif elmi ictimaiyyətə təqdim edilmiş rəy və resenziyaların müəllifi, onlarla fəlsəfə doktoru və elmlər doktorluq dissertasiyalarının opponenti-rəyçisi olub, rəhbərliyi altında 18 fəlsəfə doktorluğu işi uğurla başa çatdırılıb. O, ölkəmizdə və xaricdə keçirilmiş bir çox beynəlxalq konfranslardakı çıxışlarında Azərbaycan dilçilik elmini layiqincə təmsil edib.

M. Nağısoylu AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdindəki İxtisaslaşdırılmış müdafiə Şurasının və Əlyazmalar İnstitutundakı birdəfəlik müdafiə şurasının, Nazirlər Kabineti yanında Terminologiya Komitəsinin üzvüdür. 2001-ci ildə Təhsil Nazirliyinin və 2014-cü ildə AMEA Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunub.

2015-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edir.

# 3908 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

11:33 12 noyabr 2026
Pirat kitab saytına 19,5 milyon dollar cərimə –  Milyonlarla kitabın taleyi necə olacaq?

Pirat kitab saytına 19,5 milyon dollar cərimə – Milyonlarla kitabın taleyi necə olacaq?

11:12 12 noyabr 2026
"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

10:43 12 noyabr 2026
"Soul Food"  filminin aktrisası vəfat etdi

"Soul Food" filminin aktrisası vəfat etdi

10:21 12 noyabr 2026
Azərbaycanda Konstitusiya Günü  qeyd olunur

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

10:00 12 noyabr 2026
Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər