Bu kənddə kişi yoxdur

Bu kənddə kişi yoxdur
27 avqust 2019
# 20:45

İngilis əsgərlərin zorladığı 15 qadın Umoja kəndini 1990-cı ildə qurub. Kulis radikal.com.tr-yə istinadən xəbər verir ki, keçən iyirmi beş il ərzində kənd erkən nikahlardan, qadın sünnətindən, ailə daxili zorakılıq və zorlamadan qaçan qadınların hesabına genişlənib. Kənd Keniyanın şimalında yerləşir.

Qəbiləsinin başçısı və qurucu belə bir kənd qurmaq fikrini deyəndə kişilər tərəfindən döyülərək xəstəxanaya salınmışdı.

İndi isə qadınlar kənddə kişi qorxusu və zorakılığı olmadan ticarət eləmək, uşaq böyütmək qaydalarını öyrənirlər.

Image result for Umoja köyü

Umocanın əhalisi 47 qadın və 200 uşaqdan ibarətdir. Kənd çox kasıb olsa da qadınlar tələbatlarını ödəyə bilirlər.

Onların əsas gəlirləri başçıların idarə etdiyi pansionatdan və turistlərə satılan əl işlərindən ibarətdir. Bundan başqa kəndə gələn turistlər giriş haqqı kimi müəyyən bir məbləğ də ödəməlidir.

5aa7d5802269a22004156819

Umoca qadınları ətraf kəndlərin qadınlarını da erkən nikah və qadın sünnəti barədə maarifləndirir.

Kənd sakini Memusu 1998-ci ildə atası tərəfindən bir neçə inək müqabilində 57 yaşlı kişiyə ərə verildiyini xatırlayır. 6 il əvvəl satılmamaq üçün evdən qaçan 19 yaşlı Judia isə belə deyir: “Hər gün yuxudan oyananda gülümsəyirəm, çünki ətrafım mənə kömək etmək istəyək insanlardan ibarədir”.

Image result for Umoja köyü

Umocaya sığınan qadınlardan biri isə üç kişi tərəfindən zorlanıb. Qadın bunu ərinə dedikdə o, həyat yoldaşını ağacla döyüb. O qadın da bu kəndə pənah gətirənlər arasındadır.

Umocada bir çox qadın daha kişilərlə birgə yaşamağı xəyal belə etmədiklərini deyirlər. 16 yaşında 80 inək müqabilində ərə verilən Mari axşam yeməyi üçün bişirəcəyi bir ovuc lobyanı göstərərək deyir: “Bu qadınları tərk etmək istəmirəm, çox şeyimiz yoxdur, amma ehtiyacımız olan hər şey Umocadadır”.

# 4246 dəfə oxunub

Oxşar xəbərlər

Marina Abramoviçin  80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

Marina Abramoviçin 80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

18:39 18 noyabr 2026
ADU-da  “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə”  adlı tədbir keçirildi

ADU-da “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə” adlı tədbir keçirildi

17:42 18 noyabr 2026
Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

17:19 18 noyabr 2026
Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

16:46 18 noyabr 2026
Harvard  150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın  qalıqlarını qaytardı

Harvard 150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın qalıqlarını qaytardı

16:17 18 noyabr 2026
Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

15:44 18 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər