Yaxşı yol, qaqa

Yaxşı yol, qaqa
15 mart 2019
# 20:57

Məşhur bir filmdə deyildiyi kimi, bu da axırı. Hə, sabah Amerikaya yola düşür. Ailəsinin, övladının yanına. Amma 9 il idi ki, burda, Bakıdaydı. Düzdür, o, Ağdamda da ola bilərdi. Amma bu mümkün deyildi. Vaxtıyla ukraynalı jurnalistə açıqlmasında elə beləcə də demişdi:

"Bizdə Ağdamda oynasaq, Barselonaya qalib gələrik".

Barselnoyla qarşılaşmaq ona nəsib olmadı. Amma bir Allah şahiddir ki, elə bu Bakıdaca İtaliya “İnter”inin kürəyini yerə vura bilmişdilər. “Qarabağ”ın halal qolunu hesaba almayan o çex hakim Zelinka. Sənə nə deyək, ay qaqa.

Yox, nə qaqa. Qaqa ona yaraşmaz. Ona bu söz qadağandır. Bize elə qaqadan danışırıq da?

Hə, “Qarabağ”ın qaqasından. O qaqadan ki 9 ildir nəinki Avropanın, bəlkə də dünyanın yeganə qaçqın komandası olan “Qarabağ”ın şərəfini qoruyur. Daha doğrusu, qoruyurdu. Və sabah hamıyla hallalaşıb bizləri tərk edir…

***

Mənimlə eyni gündə doğulub. Amma 12 il sonra.11 oktyabr 1982-ci ildə Tiranada. Albaniyanın paytaxtında. Elə “Tirana” adlı klubda da ona futbolu necə oynamağı öyrədiblər. 9 yaşından topun sehrinə düşüb. Amma ilk peşəkar karyerasına 17 yaşında başlayıb. 2005-c ilə qədər “Tirana”ya məxsus olsa da, vətənində “Elbasani” (1999-2000) və “Apoloniya” (2002-2003) komandalarında icarə əsasında çıxış edib. Bir müddət İsveçrənin “Ksamaks” (2005-2006) və “Lütsern” (2006-2007) klublarının da formasını geyinmiş qaqa daha sonra Finlandiyanın VPS (2007-2009) komandasına üz tutub. Lakin o, tezliklə bir mövsümlük “Tirana” (2008-2009) klubuna icarəyə verilib.

Növbəti mövsüm Ukrayna “Krivbass”ına yollanan Aqolli 2010/2011 mövsümünü icarə əsasında “Qarabağ”da keçirib. Burada…

Hə, burada isə Qurban çıxıb qarşısına. Düzü, dünyanı dolaşan bu adama deyib ki, qaqa, axı sən yaxşı futbolçu ola bilərsən, bəs nədən özünü həlak edirsən, Avropanı dolaşa-dolaşa. Gəl, bura. Və o gələn, gəlir. Düz 9 il. Albaniyalı «vyella» (bu söz albanca qardaş deməkdir) olur qaqa.

“Qarabağ”ın heyətində 316 oyuna çıxır qaqamız. 4 qol vurur. Çempionlar Liqasının, Avroliqanın qrupunda oynayır. Ölkəsinin yığmasının kapitanı olur. Hətta bilirsinizmi bir dəfə də nə edir? Bax, bu, ayrı tarixçədir. Demək, Avro-2016-nın seçmə mərhələsində Albaniya Ermənistan yığması ilə oynayır. Özü də İrəvanda. 3-0-da qələbə qazanırlar. Bu qaqamız da qələbədən sonra “Vazgen Sərkisyan” stadionundan ölkəmizə, xalqımıza salam göndərir. Necədi sizin üçün?

Qaqa bir neçə dildə danışa bilirmiş. Amma ölkəmtzə gələn kimi Azərbaycan dilini də öyrənir. Bir dəfə azərbaycanlı müxbirlərdən biri ona ingiliscə sual verir, bu da qayıdasan ki, “qaqa, azərbayanca danışaq” .

Həmkarımız Aydın Bağırovun sözü olmasın, o albaniyalı azərbaycanlı, azərbaycanlı alban idi. Və o, indi yoxdur. Daha doğrusu var, amma sabah Amerikaya uçur. Karyerasını da orda bitirəcək. Pelenin fəxri prezidenti olduğu qısaca deyək, “Kosmos”da.

O Pele olmayıb. Nəyinə gərəkdi, o iddiada da olmayıb heç vaxt. Amma o, burda, Azərbaycanda, könüllərdə yaşayıb. Peledən də çox. Çütnki əsil qaqaydı.

Yaxşı yol, Ansi, Ansi Aqolli. “Qarabağ”ın və hamımızın qaqası. Sən, yaxşı qaqaydın…

# 5552 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər