İtin yuxusu

İtin yuxusu
26 yanvar 2015
# 10:45

Bu gün tanınmış şair Xanəmirin doğum günüdür. Bu münasibətlə Kulis.az şairi təbrik edir və onun “İtin yuxusu” şeirini təqdim edir.

İtin yuxusu

ey dili qafil fil faili məchul fani f…

qaranlıqda

işığın düşdüyü yerdə bir it uzanıb yatır

it işıq üstə yatıb bu nə qədimlik

bu nə çərxi fələk tərki dünyalıqdır

itin yatdığı yerdə

torpaq üstdəki işıq iti bətninə alıb.

tanrı naxışı vurub işığa iti. işığı itə salıb

it uyuyur işıq oyaq işığın da yuxusu itin yatmasıyladır

işığı uyuyan görmədim.

it uyuduqca işıq yumşalır işıq piləyə dönüşür

belə getsə, işıq su tək axıb gedəcək

min illərdən uzaqlardan çöllü-biyabandan

qədim bir mağaranın ehtiyatından

gəlib itin röyasının əzabın çəkən

iti hifz eyləyən işıq

axıb axıb axıb uçacaq

gedib peyğəmbərin ayaq izlərini öpəcək

belə getsə demək istəyirəm it oyanıb işıq uyuyacaq

işıq getsə it qalar işığın dibi it

bu işığa yetişə bilmərəm

mən itlə qalaram

bəlkə əsabı-kəhfin saatıdır durduğum yer

gör harda əqrəb oldum

işıq getsə it qalar

bəlkə itin yuxusunu çəkib apara it qurtula…

işıq aldatmasın itin röyasını

özündən yatışından hürüşündən ağırdır

itin əzabı hürüşündən çox röyasındadır

əgər əzabını aparsa bu torpağın üzərindən

mənə nə qalacaq bizə şahidlik edən tapılmayacaq.

işıq həmən alar röyasını aparar

onun əzabına başına bir ad da qoyar

işıq getdiyi yerdə düşdüyü yerini bildiyi yerdə

yuxusuyla bu torpağa bərəkət

mənə əzab işığa röya böyüdən itin

işığın gedib düşdüyü yerdə tanıdığı

tanrım təcəllasın qoru

işığın bətnində uyan it

məncə röyasında

il öncə sahil boyu enərkən

vurularaq öldürülən anasını görür

bu əzablı yatışda analıq var itdir yatışda

bax anası necə zingildəyir ölüm qabağı

bala itin röyasında röyasında yasında

bu uyuyan yavru itsə qaçarkən

anasının ölümündən uzaqlaşarkən

bir uşaq sinəsinə sıxıb qorudu

anasının son ulartısından dönən doyan

ölümü anasına bağışlayan

xəzərin sahilini geridə qoyan iti

üzərində uyuduğu bir parça işıq

onu qoruyan uşağın sinəsidir. nəfsi

o işıq sinəsi hansı saatsa məqam üstədir

tanrı birdir tanrı birdir…

bütün bunları düşündüyümdə

it sadəcə uyuyub qafil

mən düşündüklərim çəkdiklərim

işıq üstəki itə keçir iti köçürür

onun boş röyasını doldurur du

əzablarım yatan itə röya verir di

səbrlə gözləyən ışıq buna görə var dı…

bu da bir azuqəy di…

ışıq görər it getməz

mən itə röyasına

it də ışığa rəhm eylədi iti keçirdi

tanrıyı təsdiqlədik tanrıya təsdiqləndik

zamanı təmizlədık əqrəblərin önünə dolaşan olmaz

yerimizi yurdumuzu bənlədik – bellədik

məhsulumuz bol ruhumuzda yol olsun ya rəbb

bəlkə zəmanəmi bu sirr qoruya… hifz edə

# 2785 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellektlə  yazılan romanlara ayrıca mükafat  təsis edildi

Süni intellektlə yazılan romanlara ayrıca mükafat təsis edildi

10:20 22 oktyabr 2026
"Bəşəriyyətin faciəsi cahillərin bilməməsində deyil, savadlıların vicdansızlığındadır... " - Oxumaq nəyə yarayır?

"Bəşəriyyətin faciəsi cahillərin bilməməsində deyil, savadlıların vicdansızlığındadır... " - Oxumaq nəyə yarayır?

10:00 22 oktyabr 2026
Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər