Toxunmayın anamın adına!

Toxunmayın anamın adına!
2 dekabr 2015
# 12:16

Bəlkə də bu yazını heç yazmayacaqdım. Bəlkə də anamın adının mənası məni bu qədər düşünməyə vadar etməyəcəkdi. Əlbəttə ki, əgər Nazirlər Kabineti yanında Terminologiya Komissiyası 217 adı ləğv etməsəydi və o adlardan da biri mənim anamın adı olmasaydı.

Yox, anamın adı nə Kolxozdu, nə Şüşəbənd! Amma etiraf edim ki, anam uzun illər kolxozda can qoyub, şüşə kimi də qəlbi var. Yəni hətta adı bu adlardan da olsaydı, yenə mənim anamdı, adına da qurban, özünə də!

Mənim anamın adı Zalikədir. Terminologiya Komissiyasının ləğv etdiyi 217 ad siyahısında sonuncudan əvvəlinci ad. Düzdür, uşaq vaxtı bir dəfə anamdan soruşmuşdum ki, adının mənası nədir? Anam mənasını deyə bilməsə də, hardan götürüldüyünü şəstlə söyləmişdi. Qurandan verilib bu ad mənə - demişdi. "Xalanın da ( xalamın da adı Malikədir), mənim də adımı atam Quran kitabından qoyub "söyləmişdi.. Həqiqətən də Müqəddəs Quranın bir neçə surəsində Zalikəyə də rast gəlinir, Malikəyə də. Malikənin mənası malik olandır, Zalikənin mənası bu deməkdir. Bu-yəni şəxs əvəzliyi.

İndi Terminologiya Komissiyası rəhmətlik Malikə xalamın ruhunu incitməyib, amma anamın adını yararsız adlar siyahısına salmaqla məni incik salıb. Deməli, sabah mənim oğlum ata olanda öz qızına nənəsinin adını verə bilməyəcək?!

Maraqlıdır, Terminologiya Komissiyası bu adların məqsədəuyğun olmadığını hansı meyarla müəyyən edir? Hansı arqumentə görə Zalikə adı pis, tutaq ki, Naqif adı yaxşıdır? Səslənməsi qulağı deşmir. Sözün kökündə Zal var. Ta Rüstəmi Zaldan tutmuş müasir Zalovlara qədər nə çox adam tanıyırıq ki, mənim anamla ad qohumudur?! Mənasına gəlincə, yenə deyirəm, Zalikə "bu" deməkdir.

İndi o, bu çıxıb deyəndə ki, bu ad işə yaramır, qalırsan məəttəl. Düşünürəm ki, Terminologiya komissiyasında heç bu adın mənasını bilən də yoxdur. Eləcə, kor-koranə o siyahıya basıblar gedib. Əks halda siyahıda gərək bu adın kişi qarşılığı Zalik də olaydı, mənsə bu ada rast gəlmədim. Qısası, sözümün canı bu ki, terminoloqlar malı m(z)ala qatıblar. Nə əsasla, bilmirəm?! Adının qara siyahıya düşməsindən Anamın xəbəri yoxur. 75 ildə adının mənasından xəbəri olmadığı kimi. Sabah bilsə də əminəm vecinə olmayacaq. Cavabı da təxminən mənə bəllidir: "Ay bala, bir keçi ömrüm qalıb, mən öləndən sonra nəyimə lazımdır ad-zad."

Amma mənə lazımdır. Adıyla, dadıyla, hər zadıyla o mənim anamdır!

Toxunmayın onun adına!

# 2589 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər