Yazıçılar Birliyində Etika Komissiyası yaradılıb

Yazıçılar Birliyində Etika Komissiyası yaradılıb
12 iyul 2019
# 11:10

Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin növbəti toplantısı keçirilib. Öncə toplantının gündəliyi müzakirə edilib. İdarə Heyətinin, Ağsaqqallar Şurasının, Gənclər Şurasının tərkibinə əlavə və dəyişikliyin edilməsi, Etika Komissiyasının yaradılması məsələləri gündəliyə salınıb.

Qərara alınıb ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 iyun 2019-cu il "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" Sərəncamına əsasən Xalq yazıçısı, Xalq şairləri fəxri adlarına layiq görülmüş şəxslər Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsinə uyğun olaraq İdarə Heyəti üzvlüyündən Ağsaqqallar Şurasının üzvlüyünə keçirilirlər. İdarə Heyətində açılmış yerlərə Yazıçıların XIII Qurultayınadək yeni namizədlər təklif olunub. Yeni namizədlər səsvermə ilə İdarə Heyətinin üzvlüyünə təsdiq olunublar. Bundan başqa Gənclər Şurasının tərkibi də müzakirə edilib. Yaşı 35-i ötmüş yazıçı və şairləri gənc üzvlər əvəz edib. Gənclər Şurasının sədri şair Fərid Hüseyn və sədr müavini vəzifəsinə yazıçı Cavid Zeynallı seçilib.

Toplantıda son zamanlar ayrı-ayrı şəxslərin Azərbaycan Yazıçılar Birliyinə, klassik yazıçılara qarşı təhqiramiz ifadələr işlətməsi, irəli sürülən əsassız ittihamların araşdırılması, Birliyin Nizamnaməsindən irəli gələn qaydalara riayət etməyən üzvlərin müəyyən olunması məqsədilə Etika Komissiyasının yaradılması təklif edilib. Qərara alınıb ki, komissiya yuxarıda qeyd edilmiş məsələlərlə bağlı Yazıçılar Birliyinin Katibliyinə və Ağsaqqallar Şurasına öz təkliflərini verir və təkliflər bu heyətin qərarıyla icra olunur. Etika Komissiyasının sədirliyinə Xalq yazıçısı Mövlud Süleymanlının namizədliyi təklif olunub. Təklif yekdilliklə qəbul edilib. Sədrin müavini isə tənqitçi, professor Rahid Ulusel seçilib. /artkaspi.az/

# 3173 dəfə oxunub

Oxşar xəbərlər

Fuad Əbdürrəhmanov “Xalq Əmanəti”  layihəsinin 27-ci nəşrində

Fuad Əbdürrəhmanov “Xalq Əmanəti” layihəsinin 27-ci nəşrində

12:00 19 noyabr 2026
Süni intellekt əsrindəki soyuqluq... - “Azəristiliktəchizat” nə vaxtacan sovetdənqalma təqvimlə işləyəcək?

Süni intellekt əsrindəki soyuqluq... - “Azəristiliktəchizat” nə vaxtacan sovetdənqalma təqvimlə işləyəcək?

12:00 19 noyabr 2026
ABŞ-da ilin ən yaxşı kitabları seçildi – Viza ala bilməyən yazıçının çıxışını nümayəndəsi oxudu

ABŞ-da ilin ən yaxşı kitabları seçildi – Viza ala bilməyən yazıçının çıxışını nümayəndəsi oxudu

11:43 19 noyabr 2026
Dardenn qardaşlar "Ömürboyu nailiyyət mükafatı"  ilə təltif olunacaq

Dardenn qardaşlar "Ömürboyu nailiyyət mükafatı" ilə təltif olunacaq

11:16 19 noyabr 2026
Məşhur rəssamın əsəri 15,1 milyon dollara satıldı

Məşhur rəssamın əsəri 15,1 milyon dollara satıldı

10:48 19 noyabr 2026
Cim Kerrinin yeni layihəsinin detalları açıqlandı

Cim Kerrinin yeni layihəsinin detalları açıqlandı

10:23 19 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər