Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub
12 iyun 2019
# 12:50

İyunun 10-da Dərbənddə Bakı Uşaq Teatrının böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Nəsimi ili-Nəsimi dili” kompozisiya- tamaşası təqdim olunub.

Kulis.az xəbər verir ki, Uşaq Teatrının bu qədim şəhərə qastrol səfəri Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının (ADDT) və Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin dəvətilə baş tutub. Dram Teatrının direktoru Firdovsi Əsgərov, quruluşçu rejissoru Yaqut Xandadaşova, Dərbənd Şəhəri Dairəsi Administrasiyasının başçısının müavini Vidadi Zeynalov, şəhər mədəniyyət, idman, gənclər siyasəti və turizm idarəsinin baş mütəxəssisi Gülpəri Mirzəbalayeva, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli qastrola gəldiklərinə, öz sənətkarlıqlarını nümayiş etdirdiklərinə, Nəsimi poeziyasına bir daha dalmaq imkanı yaratdıqlarına görə Bakı Uşaq Teatrının kollektivinə minnətdarlıqlarını bildiriblər.

F.Əsgərov Dərbəndlə mədəni əlaqələrinə verdikləri töhfəyə görə Uşaq Teatrının direktoru İntiqam Soltana və kollektiv üzvlərinə təşəkkürnamə təqdim edib.

İ.Soltan öz növbəsində direktor F.Əsgərova, baş rejissor Sərvər Əliyevə, Dağıstan Respublikasının əməkdar artisti Əlimövsüm Abasova, aktyor Sərxan Səmədova, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirliyə diplomlar təqdim edib.

Tədbir tamaşaçıların marağına səbəb olub və alqışlarla qarşılanıb.

Xatırladaq ki, bu ilin aprelində Bakıda Bakı Uşaq Teatrı tərəfindən görkəmli şair və mütəfəkkir İ.Nəsiminin yubileyi münasibətilə keçirilən beynəlxalq “Nəsimi ili – Nəsimi dili” festivalında müxtəlif ölkə və şəhərlərin teatr kollektivləri, o cümlədən Dərbəndin Azərbaycan Dövlət Dram Teatrı da iştirak etmişdi.

# 3188 dəfə oxunub

Oxşar xəbərlər

2026-cı ilin “Buker” mükafatına namizədlər məlum oldu – Siyahı

2026-cı ilin “Buker” mükafatına namizədlər məlum oldu – Siyahı

18:46 28 iyul 2026
Elşad Xose  psixiatriya xəstəxanasına yerləşdirildi

Elşad Xose psixiatriya xəstəxanasına yerləşdirildi

16:48 28 iyul 2026
Alan Türinqin heç kimin bilmədiyi hekayəsi tapıldı

Alan Türinqin heç kimin bilmədiyi hekayəsi tapıldı

16:33 28 iyul 2026
 "Bəyaz durnalar"  kitabı işıq üzü gördü

"Bəyaz durnalar" kitabı işıq üzü gördü

15:33 28 iyul 2026
Tarixin ən səs-küylü plagiat qalmaqalları – Məşhurlar necə ifşa olundu?

Tarixin ən səs-küylü plagiat qalmaqalları – Məşhurlar necə ifşa olundu?

15:00 28 iyul 2026
Elmlə dini necə barışdırmaq olar? – Qaydalara meydan oxuyan dahi

Elmlə dini necə barışdırmaq olar? – Qaydalara meydan oxuyan dahi

14:00 28 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər