"Xayku Xəzərin dalğalarında" müsabiqəsinə yekun vurulub

Xayku Xəzərin dalğalarında

Xayku Xəzərin dalğalarında

23 oktyabr 2021
# 10:04

Bakı Kitab Mərkəzində "Xayku Xəzərin dalğalarında" respublika müsabiqəsinə yekun vurulub

Kulis.az xəbər verir ki, oktyabrın 22-də Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin "Luç" Mədəniyyət Xadimləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Xayku Xəzərin dalğalarında" IV respublika müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib.

Xayku (Xokku) - XIV əsrdən bəri tanınan üç misralı yapon şeir janrıdır. Onlar fəlsəfi məna daşıyır və bir çox cəhətdən müəllifin mənəvi dünyasını, şəxsiyyətini əks etdirirlər. Xayku yazan şairlər xaydzin adlanırlar.

Xayku yalnız XX əsrin əvvəllərində başqa dillərə tərcümə edilməyə başlayıb və bütün dünyada böyük populyarlıq qazanıb. Oxşar müsabiqələr bir çox ölkələrdə, son zamanlar isə Azərbaycanda keçirilir.

Tədbirdə çıxış edən professor Tofiq Məlikli, Azərbaycan Yazıçılar Birliyinin üzvü Marat Şəfiyev, yapon mədəniyyəti üzrə rusiyalı mütəxəssis Anna Yeqorova, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri İqor Yeronin, Yaponiya Səfirliyinin ölkəmizdəki mədəniyyət attaşesi Ono Taici, gələn il Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağına diqqət çəkib, xalqlarımızın yaxınlaşması üçün bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər. Müxtəlif millətlərin nümayəndələrinin iştirak etdiyi müsabiqənin beynəlmiləlliyi qeyd edilib.

Sonda müsabiqənin qalibi Natəvan Məcidovaya Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın imzası ilə diplom və xatirə hədiyyəsi təqdim olunub.

# 2149 dəfə oxunub

Oxşar xəbərlər

Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

11:15 4 noyabr 2026
35 yaşlı  müğənni xərçəngdən  vəfat etdi

35 yaşlı müğənni xərçəngdən vəfat etdi

10:55 4 noyabr 2026
77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

10:17 4 noyabr 2026
Ayasofiyada qədim tunellər və yeraltı məzarlıq üzə çıxarıldı

Ayasofiyada qədim tunellər və yeraltı məzarlıq üzə çıxarıldı

10:00 4 noyabr 2026
Qobustan qayasında 2000 illik sirr: Roma legionu Xəzərə niyə gəlmişdi?

Qobustan qayasında 2000 illik sirr: Roma legionu Xəzərə niyə gəlmişdi?

10:00 4 noyabr 2026
Tanınmış kataloniyalı yazıçı bu ilin  "Servantes Mükafatı"nı  qazandı

Tanınmış kataloniyalı yazıçı bu ilin "Servantes Mükafatı"nı qazandı

09:55 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər