Xaricdə yaşayan yazıçımızın yeni kitabı çap olundu

Xaricdə yaşayan yazıçımızın yeni kitabı  çap olundu
4 yanvar 2025
# 10:20

Almaniyada yaşayan azərbaycanlı yazıçı Əzimə Ağalarovanın səkkizinci kitabı - “Bir qadının anatomiyası” əsəri Türkiyədə çapdan çıxıb.

Kulis.az xəbər verir ki, əsərdə etibar, güvən kimi dəyərlərin çətin sınaqlar qarşısında qaldığı dövrdə güclü qadın xarakterinin üzləşdiyi çətinliklərdən və onların öhdəsindən gəlmək üçün ortaya qoyulan mübarizədən bəhs olunur.

Qeyd edək ki, 32 ildir Almaniyada yaşayan yazıçının bundan əvvəl “Gecələrdə gizli qaldım”, “Bakıdan Qahirəyə və Stokholma uzanan yol”, “Təyyarə qanadında uçan ruh”, “Tükənmiş xəyalların izində”, “Ağlayan divar” və digər əsərləri çapdan çıxıb. Onun əsərləri dörd dildə üç ölkədə çap olunub. “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” romanı 2016-cı ildə İsveçdə ingilis dilində, 2019-cu ildə isə isveç dilində nəşr edilib. “Tükənmiş xəyalların izində” əsəri isə Türkiyədə çapdan çıxıb.

# 3564 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər