“Xalq şairi Vaqif Səmədoğlu - 85” adlı məlumat bazası yaradıldı

 “Xalq şairi Vaqif Səmədoğlu - 85”  adlı məlumat bazası yaradıldı
4 iyun 2024
# 12:32

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası dramaturq, ictimai xadim, Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlayıb.

Kulis.az xəbər verir ki, məlumat bazasında görkəmli ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilərək, əsərlərindən nümunələr təqdim olunub.

Həmçinin Vaqif Səmədoğlunun yubileyi ilə bağlı rəsmi sənədlər, görkəmli şəxsiyyətlərin onun haqqında söylədikləri dəyərli fikirlər, onunla bağlı xatirələr və ədibin memuarları da yer alıb. Elektron bazada böyük dramaturqun əsərləri, həyat və yaradıcılığı haqqında kitablar, məqalələr, ədibin sözlərinə yazılan mahnılar və haqqında çəkilən filmlərdən də bəhs edilib. Burada “Təltiflər”, “Vaqif Səmədoğlu medalı”, “İzomateriallar”, “Video və foto qalereya” kimi bölmələr də yer alıb.

Məlumat bazası ilə kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.

# 3572 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər