Xalq şairi Ramiz Rövşənlə görüş keçirildi

Xalq şairi Ramiz Rövşənlə görüş keçirildi
25 oktyabr 2022
# 13:50

Oktyabrın 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Əmircan qəsəbə Mədəniyyət evində "Qonağımız var" layihəsi çərçivəsində yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü , Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib.


Kulis.az xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Baş İdarənin rəisi İbrahim Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, mədəniyyət evinin əməkdaşları, rayon ictimaiyyəti və şair sevərlər iştirak ediblər.


Aparıcı Günay Firudinqızı qonaqları salamlayaraq Xalq şairi Ramiz Rövşənin həyat fəaliyyəti və yaradıcılığı haqqında məlumat verib.
Sonra Xalq şairi çıxış edərək, ədəbiyyat, poeziya, sənətlə bağlı qənaətlərini bölüşüb, yeni yazılan şeirlərini oxuyub, yaradıcılığı ilə bağlı çoxsaylı suallara cavab verərək, Azərbaycan və dünya poeziyası haqqında öz fikirlərini bölüşüb.


Tədbirdə iştirak edən Ramiz Rövşən poeziyasının vurğunu olan gənc və yaşlı nəslin nümayəndələri şairin şeirlərini böyük həvəslə səsləndiriblər.
Çıxış edənlər tədbirdə Ramiz Rövşən yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən, əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Ramiz Rövşən şeiri oxuculara sevdirən və şeirə yeniliklər gətirən imzalardandı.


Sonda şair tədbir təşkilatçılarına, iştirak edənlərə öz təşəkkürünü bildirib və sənətsevərlər tərəfindən təqdim olunmuş kitablara öz xatirə imzasını qeyd edib.


# 3068 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər