Xalq şairi Hüseyn Arifin biblioqrafiyası hazırlandı

Xalq şairi Hüseyn Arifin biblioqrafiyası hazırlandı
19 dekabr 2024
# 18:02

Bu il XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Xalq şairi Hüseyn Arifin anadan olmasının 100-cü ildönümüdür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Hüseyn Arifin zəngin ədəbi irsini və onun haqqında olan çoxsaylı materialları geniş oxucu kütləsinə çatdırmaq məqsədilə şairin biblioqrafiyasını hazırlayıb.

Kulis.az xəbər verir ki, biblioqrafik göstəricidə “Hüseyn Arifin həyat və yaradıcılığı”, “Hüseyn Arifin həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Hüseyn Arif haqqında”, “Hüseyn Arif qələm dostları haqqında”, Xalq yazıçısı İsmayıl Şıxlının “Elə bağlı sənətkar”, akademik Nizami Cəfərovun “Hüseyn Arif dünyası”, Əməkdar incəsənət xadimi, AYB Qazax bölməsinin sədri Barat Vüsalın “Qağamın “Aman evi” başlıqlı məqalələri yer alıb. Həmçinin Hüseyn Arifin öz kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, məqalə və çıxışları, tərcümələri, şairin həyat və yaradıcılığı, ədəbi fəaliyyəti haqqında 1946-2024-cü illərdə dərc olunan materiallar öz əksini tapıb.

Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılıb, xronologiya daxilində isə əlifba ardıcıllığı gözlənilib. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə sonda köməkçi göstəricilər tərtib edilib.

Vəsait hazırlanarkən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının, Milli Kitabxananın, AMEA Mərkəzi Elmi Kitabxanasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, ali məktəblərin kitabxanalarının fondlarından, ənənəvi və elektron kataloqlarından, internet resurslarından, Azərbaycan Aşıqlar Birliyində saxlanılan materiallardan, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədlərindən istifadə edilib.

Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

# 2090 dəfə oxunub

Oxşar xəbərlər

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

11:03 14 noyabr 2026
Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

10:29 14 noyabr 2026
Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər