Xalq artisti Aftandil İsrafilovun doğum günüdür

Xalq artisti Aftandil İsrafilovun doğum günüdür
24 yanvar 2024
# 10:42

Bu gün Xalq artisti Aftandil İsrafilovun doğum günüdür.

Kulis.az-ın məlumatına görə, Aftandil İsrafilov 1941-ci ilin yanvarın 24 -də Bakıda anadan olub. O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olub. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib.

***
A. İsrafilov fəaliyyətinin ilk illərində "Azkonsert"in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirib. 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edib.

Sənətçi bu konsertlər barəsində danışarkən deyib: “Beş dəfə Amerikada konsert vermişəm. Onun üçündə böyük sənətkar Zeynəb Xanlarova ilə birlikdə olmuşam. Orada bizi elə dinləyiblər ki, özümüzü Azərbaycanda hiss etmişik”.

Aftandil İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış ”Zemfira”, “Kəmalə”, “Nazilə”, "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.


***
Xalq artisti qarmonu hər zaman müqəddəs sayıb, öz sözləri ilə desək, öpüb gözünün üstünə qoyub. Verilişlərdən birində müasir dövrümüzdə musiqi alətləri ilə şou göstərən ifaçılardan danışarkən belə adamları görəndə onlarla çox vaxt görüşmədiyi deyib:

“Qarmon dizdən aşağı keçdisə, onu ifa edən sənətkar deyil. Bunlar qarmonu tutub ayağa qədər uzadırlar. Bu, sənət deyil, şoudur. Öz işləridir. Belə adamlarla çox vaxt görüşmürəm. Özləri də məni görəndə yaxınlaşmırlar. Bilmirəm niyə. Bəlkə, çox kolxoz görüblər, ona görə. Bəlkə də məndən ehtiyat ediblər. Qarmon ifaçıları gərək özlərini yox qarmonu tərifləsinlər. Çünki qarmon onlardan sonra da yaşamalıdır. Şou adamları belə edə bilmirlər”.

***
Peşəkar qarmon ifaçısı müxtəlif illərdə nəhəng sənətkarlarla birlikdə işləyib. Sənətçiyə kino sahəsində çalışmaq da qismət olub. Belə ki, o, rejissor Rasim Ocaqovun “Ad günü” filmində ifa etdiyi “Nazilə” rəqsi ilə böyük şöhrət qazanıb.

Tahir və Cabir İmanovun təklifi ilə isə “Məhəllə” filmində Professor rolunda yer alıb. Xalq artisti bu haqda danışarkən qeyd edib: “Qardaşlar gəlib təklif etdilər. Dedim, baş üstə. Necə istədilərsə, elə də etdim. Qəti məşq etməmişdik. Həmin kadr da bir dəfəyə çəkilmişdi”.

Xalq artisti Aftandil İsrafilov vəfat edib - 29.04.2023, Sputnik Azərbaycan

***

Aftandil İsrafilov dostluqda sadiq, sədaqətli biri olub. Elə bu səbəbdən sənətçi uzunmüddətli dostluq münasibətləri ilə də yadda qalıb. Onun müğənni Elşad Qarayevlə 48, Qüdrət Ağayevlə 30, musiqiçi Cəmaləddin Dadaşovla 40, Xalq artisti Sadiq Zərbəliyevlə 45 illik dostluğu olub.

***
Tez-tez qastrol səfərlərində olan sənətçi televiziya proqramlarından birində başına gələn maraqlı hadisələrdən birini izləyicilərinə belə nəql edib: “Türkiyədə bir tədbirdə çıxış edirdim. Bir nəfər gəlib yaxınlaşdı, əlini köynəyimin cibinə basıb dedi ki, bir “Sarı gəlin” ifa elə. Sarı gəlin də elə musiqidir ki, ora zərb alətləri olmaz. Amma bacardım. İfa etdikdən sonra ona yaxınlaşıb cibimdəkinin nə olduğu ilə maraqlandım. Həmin adam dedi: “Aftandil müəllim, bayaq demək yaddan çıxdı. Bakıda bir nəfərə borcluyam, bunu ona çatdırarsınız”. Çox gülmüşdüm onda”.

***

Deyilənə görə, getdiyi tədbirlərdə çox vaxt başqa qarmon ifaçıları gəlib onun qarmonun içinə baxırmışlar ki, o səslər oradan necə gəlir?. Sənətçi onlara özünün də bəzən bundan baş açmadığını bildirirmiş

Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib - ANS - Sayt Başlığı

***

Müsahibələrdən birində ölümlə bağlı sualı cavablandıran sənətçi bu sənətlə məşğul olanların daha tez vəfat etməsinə diqqət çəkib: “Bizdən əvvəlki sənətkarlar - Teyyub Dəmirov, Səfərəli Vəzirov, Səttar Hüseynov, Məmmədağa Ağayev - bunların hamısı gözəl sənətkar olub. Necə olubsa, onların hamısı 60 yaşında dünya ilə vidalaşıblar. Həmişə fikirləşirəm ki, görəsən, mən də elə olacağam?”.

***

Futbola qarşı xüsusi sevgisi olub. Bir dəfə oyunda qol vurmaq istəyəndə oyunçulardan biri ayağı zədələnən sənətçi bir müddət sonra sağalıb. Hələ 3-4 yaşında onda futbola və musiqiyə sevgi yaranıb. Görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun atasına hədiyyə etdiyi pianino az sonra onun sevimli alətinə çevrilib. Hər dəfə futbol oynadıqdan sonra pianinoda ifa edib. Bu onun musiqiyə olan həvəsini daha da artırıb.

***
Ermənilərin mədəniyyət incilərimizi öz adlarına çıxarmaq siyasəti A. İsrafilovdan da yan keçməyib. Onun rəhmətlik dostu Müseyibin şərəfinə bəstələdiyi “Basqalı” rəqsini az sonra ermənilər başqa adla ifa ediblər. Sənətçi bu haqda danışarkən deyib : “Mənim onlara yazığım gəlir. Ancaq haramla dolanırlar”.

Aftandil İsrafilov vəfat edib | Hafta.az

***

Ölkəmizdə böyük nüfuz qazanan Xalq artistinin sədası ölkə hüdudlarından kənardan gəlib. Türkiyənin Qaziantep Universitetinin professoru İlqar İmamverdiyev onun haqqında geniş məqalə yazaraq Aftandil İsrafilovun “Xoşbəxtlik” simfoniyası əsərinin Şuşada səslənməsini səbirsizliklə gözlədiyini vurğulayıb.

***
Qarmonda ifa edərkən sənətçinin barmaqlarında həmişə bahalı üzüklər olub. Səbəbini soruşanlara Xalq artisti bu üzükləri sadəcə özünə maraqlı göründüyü üçün taxdığını bildirib.

***
Bir il öncə verilişlərin birində ona ünvanlanan "Kiminlə 15 dəqiqə oturub söhbət etmək istərdiniz? – sualına sənətçi “Xalq yazıçısı Çingiz Abdullayevlə oturub danışmaq olar. O mənim üçün çox maraqlıdır”, - deyə cavab verib.

***
Sənətçi olduğu məclislərdə tez-tez gəncləri başına yığıb onlara nəsihət verib: “ Yaş ötüb gedir, onu saxlamaq olmur. Arzu edirəm ki, bizdən sonra gələn gənc nəsil də yaşlanmağa tələsməsin. Mən bu yaşda elə bilirəm 500 ildir ki, yaşayıram. Bu ömürdə boş keçən dəqiqələrim olmayıb. İndiki gənclərə də bunu arzulayıram”.


***

Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 1982-ci ildə qarmonda Əməkdar artist adını alan ilk sənətçi olub.

***

2023-cü ilin mart ayında Aftandil İsrafilov səhhətində problemlər yaranıb.

29 aprel 2023-cü il tarixində vəfat edən Xalq artisti “Kəmalə” rəqsinin sədaları altında İkinci Fəxri Xiyabanda dəfn olunub.

# 963 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
# # #