Vətən müharibəsinə aid müsabiqə elan edildi

Vətən müharibəsinə aid müsabiqə elan edildi
20 aprel 2022
# 15:40

“Space” TV “Qədim Ocağın İşığında – Qarabağ Xatirələri” adlı müsabiqə elan edir.

Kulis.az xəbər verir ki, müsabiqəyə yalnız 44 günlük Vətən müharibəsində yaşananlardan bəhs edən xatirə nümunələri qəbul olunur.

Qaliblərin mükafatlandırılması dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Azıx mağarasına yürüş sonrası təşkil olunacaq böyük ədəbi-musiqili proqram çərçivəsində baş tutacaq.

Müsabiqənin şərtləri

• Müsabiqəyə 5(beş) A4 səhifəsindən çox olmayan xatirə nümunələri qəbul olunur. Xatirələrin minimum səhifə sayı məhdudiyyəti yoxdur.

• Mətn üçün tələblər: “Arial” 12 şrift, sətirlər arası interval 1, faylın formatı “doc.” A4.

• Hər bir müəllif müsabiqəyə yalnız bir mətn təqdim edə bilər.

• Müsabiqədə yaş məhdudiyyəti yoxdur.

• Müsabiqədə çap olunmamış yeni xatirələrə üstünlük verilir. Müsabiqəyə daha əvvəllər çap olunmuş, lakin heç bir mükafat qazanmamış xatirə nümunələri də göndərilə bilər.

• Müəllif özü haqqında qısa məlumatı, əlaqə vasitəsini (telefon nömrəsi və e-mail), qeyd etməlidir.

• Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.

• Müəllif başqa birisinin xatirəsini qələm alırsa, həmin şəxsin kimliyini mətnin girişində qeyd etməlidir.
Qaliblərin seçilməsi

Münsiflər heyəti tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 5 nəfər qalib seçiləcək. Hər 5 müəllifə 1000 (min) manat pul mükafatı veriləcək. Münsifərin bəyəndiyi xatirələr kitab şəklində nəşr olunacaq və “Space” televiziyasında müəlliflərlə silsilə verlişlər çəkiləcək.
Müsabiqənin müddəti

Müsabiqəyə əsər göndərmək müddəti 44 gün olaraq müəyyən edilmişdir. Müsabiqəyə əsərlərin qəbulu 4 iyun 2022-ci il tarixində sona çatacaq. Müsabiqənin nəticələri 15 iyun tarixində elan olunacaq. Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək. İştirakçılar tərəfindən əsərlər aşağıdakı elektron poçt ünvanına göndərilməlidir.

E-mail: [email protected]
Tel: (012) 492-76-35

# 3380 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər