Vəsimə İsmayılqızının Zəfərimizə həsr olunmuş kitabları təqdim edildi

Vəsimə İsmayılqızının Zəfərimizə həsr olunmuş kitabları təqdim edildi
7 noyabr 2024
# 13:45

Azərbaycan Yazıçılar Birliyində yazıçı-publisist Vəsimə İsmayılqızının Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunan “Zəfər kitabı” seriyasından çapdan çıxmış “Zəfər Kitabı. Şuşa”, “Zəfər Kitabı. Goranboy” və “Zəfər Kitabı. Beyləqan” nəşrlərinin təqdimatı olub.

Kulis.az xəbər verir ki, hər üç nəşrin məsləhətçisi Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışında bu kitabların Vətən müharibəsindən bəhs etdiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin əbədiləşdirilməsində əhəmiyyətindən söz açıb.

Bildirilib ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm Qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib və Azərbaycan yeni tarix yazıb.

Kitabların redaktorları Əməkdar müəllim İsgəndər Səklikov və AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı İsmayıl Umudlu nəşrlərin əmələ gəlməsi prosesindən danışıblar. Bildirilib ki, kitablarda Vətən müharibəsinin Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyi xüsusilə vurğulanıb. Həmçinin bu kitablar oxucuda ordumuzun döyüş yolları haqqında geniş təsəvvür yaradır.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri Firudin Qurbansoy, “Ədalət” qəzetinin baş redaktor müavini, şair Əbülfət Mədətoğlu, “Apastrof-A” mətbəəsinin direktoru Akif Dənzizadə, şair Kəmalə Abıyeva, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, şair Güləmail Murad, “Goranboy” Xeyriyyə Cəmiyyətinin nümayəndəsi Əli Şəfiyev, Nağı Əsgərov və digərləri çıxış edərək kitabların tarixi əhəmiyyətindən və vətənpərvərlik hissinin formalaşmasında rolundan danışıblar.

Bildirilib ki, çoxcildlik ölkəmizin hər regionuna həsr olunmuş bir cilddən və ümumiləşdirilmiş xüsusi cilddən ibarətdir. Hər cilddə Vətən müharibəsinin mahiyyəti, gedişi, Zəfər və onun xronikası təsvir, təhlil və təqdim olunur.

Hər kitabda cildin həsr olunduğu bir rayonun, respublika tabeli bir şəhərin Birinci Qarabağ müharibəsi, atəşkəs dövrü, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsi şəhidlərindən, onların döyüş yolundan, dövlət tərəfindən təltif edilməsindən söz açılır.

Bütün cildlər standart formatda və tərtibatda, ensiklopedik toplu meyarlarına uyğun, xronoloji ardıcıllıqla qələmə alınıb.

Hər üç kitabın məsləhətçiləri və “Ön söz”ün müəllifləri Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, ictimai-siyasi xadim və ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Vilayət Quliyevdir.

# 2525 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər