Vəsimə İsmayılqızının kitabları təqdim edildi

Vəsimə İsmayılqızının kitabları təqdim edildi
29 dekabr 2023
# 16:09

Yazıçı-publisist Vəsimə İsmayılqızının uzun illərdir üzərində işlədiyi 3 seriyadan ibarət silsilə kitablarının ilk 10 cildi çapdan çıxıb.

Kulis.az xəbər verir ki, nəşrlər Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev və Zəfərə həsr olunub.

Silsilə kitabların birincisi “Heydər Əliyevin vətən səfərləri” seriyasından olan çoxcildlikdir. Nəşr Ulu Öndərin 100 illik yubileyi münasibətilə hazırlanıb. Seriya 2 kitabdan ibarət ensiklopedik topludan və Heydər Əliyevin rayonların hər birinə ayrı-ayrılıqda səfərlərini əks etdirən çoxcildlikdən ibarətdir.

“Heydər Əliyevin vətən səfərləri” ensiklopedik toplusunun I kitabıUlu Öndərin respublikaya rəhbərlik illərininbirinci dövrünüəhatə edir.TopludaHeydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bu dövrdə rayonlara səfərləri və Bakı şəhərində Mərkəzi Komitədən kənarda iştirak etdiyi tədbirlər haqqında məqalələr toplanmışdır. Ensiklopedik toplunun meyarlarına uyğun şəkildə, bəzi hallarda isə istisnalarla hazırlanmış məqalələr məqalədaxili xronoloji ardıcıllıqla verilmişdir. Məqalələr həmin dövrün fotoşəkilləri ilə müşayiət olunur.

Seriyaya daxil olan “Goranboyda izim qaldı ”, “Beyləqanda izim qaldı", “Şuşada izim qaldı” kitablarının hər birində rəhbərin bu rayonlara səfərləri haqqında geniş söhbət açılır.

Silsilə kitabların ikincisi “Daxili səfərlər”seriyasından olan çoxcildlikdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin prezidentliyinin 20 illiyi münasibətilə hazırlanmışbu çoxcildlik onun ölkəyə rəhbərlik fəaliyyətinin 20 ilini əhatə edir.

Kitablar Prezidentin ölkədaxili səfərlərinə həsr olunmuşdur. Nəşr həmin səfərləriəhatə edən on cilddən və Vətən müharibəsindəki qələbəmizdən sonra işğaldan azad edilmiş bölgələrə səfərlərini əks etdirən «Zəfər səfərləri» adlı bir neçə kitabı əhatə edən xüsusi cilddən ibarətdir.

Çoxcildliyə daxil olan hər kitabda Prezidentin ölkəyə rəhbərlik etdiyi dövrdə regionlara səfərləri, ictimaiyyətlə görüşləri, təməlqoyma və açılış mərasimlərindəki çıxışları xronoloji ardıcıllıqla əks olunub.

“Daxili səfərlər”in I cildi İlham Əliyevin prezidentliyinin ilk günlərindən, yəni 30 yanvar 2004-cü ildən 3 fevral 2006-cı ilə qədərki ölkədaxili siyasi fəaliyyətini və onun bölgələrə 20 səfərinin gedişini əhatə edir.

«Daxili səfərlər»in II cildiPrezidentin 1 mart 2006-cı ildən 8 oktyabr 2008-ci ilə qədərki dövrdə regionların inkişafı istiqamətində fəaliyyətini əhatə edir. Cilddə dövlət başçısının bölgələrə etdiyi 33 səfərin gedişi xronoloji ardıcıllıqla təqdim olunur.

Seriyanın çap olunmuş növbəti kitabı “Zəfər səfərləri”adlanır.Kitab “Daxili səfərlər” çoxcildliyinin xüsusi cildi kimi yazılmışdır. I kitabda 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən sonra,2020-2022-ci illərdəMüzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş regionlara səfərlərindən bəhs olunur.

Kitabda əvvəlcə münaqişənin yaranma səbəblərindən, müharibənin gedişi, zəfərin qazanılmasının ayrı-ayrı məqamlarından, Ali Baş Komandan–ordu–xalq vəhdətindən söz açılır. Daha sonra ümumilikdə 30 səfərin təfsilatına varılır.

Kitabda dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurda erməni işğalı dövründə təməlinə qədər dağıdılmış yaşayış məntəqələrimizin bərpa və quruculuq işlərinin mərkəzində, onun baş memarı kimi təsvir olunur.

Sənədlər, fərman və sərəncamlar, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqa müraciətləri, sosial şəbəkələr vasitəsilə paylaşımları, məlumatlar, faktlar, mətnləri müşayiət edən fotoşəkillər nəşrin informasiya dəyərini artırır.

Silsilə kitablarınüçüncüsü “Zəfər kitabı” seriyasından olan çoxcildlikdir.Kitablar Vətən müharibəsində qazanılmış ZƏFƏRə həsr olunub.

Çoxcildlikəhatəli yaddaş kitablarıdır. Müəllif bizi bir millət olaraq çox ciddi sınağa çəkmiş Ermənistan-Azərbaycan münaqişəsini tarixin axarında, son üç ilin önəmli hadisələrinin fonunda yaddaşımıza köçürmək istəmiş və buna nail olmuşdur. Burada biz bu çətin yolları bir daha addım-addım keçir və ən sonda Zəfərin qürurunu yaşayırıq.

“Zəfər kitabı” çoxcildliyi hər regiona aid bir cilddən və ümumiləşdirilmiş xüsusi cilddən ibarətdir. Hər cilddə Ermənistan-Azərbaycan münaqişəsinin səbəbi və xorinikasından başlayaraq Vətən müharibəsinin mahiyyəti, başvermə səbəbi, gedişi, zəfərin xronikası izlənir. Kitabı vərəqləyərkən xəyalən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər ordumuzun keçdiyi döyüş yolu ilə cəbhədən-cəbhəyə keçir, “Zəfər Paradı”nı izləyir, “Hərbi Qənimətlər parkı”nı gəzir, Zəfərlə əbədiləşən ünvanlara səyahət edirik. Sonra bir rayonun, respublika tabeli bir şəhərin Birinci Qarabağ müharibəsi, atəşkəs dövrü, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsi şəhidlərindən, onların döyüş yolundan söz açılır.

Bütün cildlər standart formatda və tərtibatda, ensiklopedik toplu meyarlarına uyğun hazırlanıb.

Seriyaya daxil olan 3 kitab -“ZƏFƏR KİTABI. Goranboy”, “ZƏFƏR KİTABI. Beyləqan” və “ZƏFƏR KİTABI. Şuşa” cildləri çapdan çıxıb.

Çap olunmuş silsilə kitabların məsləhətçiləri və “Ön söz”ün müəllifləri -filologiya elmləri doktoru, professor, fövqəladə və səlahiyyətli səfir Vilayət Quliyev və akademik, Milli Məclisin deputatı, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, redaktorları isə Əməkdar müəllim İsgəndər Səklikov, tarixçi-etnoqrafİsmayıl Umudlu, Dilsuz Mustafayev, korrektor Pərvin Quliyeva, koordinator Asiman İsmayıldır.

# 2349 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı fotoqraf intihar etdi

Azərbaycanlı fotoqraf intihar etdi

21:00 6 dekabr 2025
Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur

Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur

16:00 6 dekabr 2025
Təmənnasız baş rollar ifa etdi, həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?

Təmənnasız baş rollar ifa etdi, həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?

15:00 6 dekabr 2025
“Yaddaş sarayları” filmi ilk dəfə Azərbaycanda

“Yaddaş sarayları” filmi ilk dəfə Azərbaycanda

14:30 6 dekabr 2025
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub

Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub

14:00 6 dekabr 2025
Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb

Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb

13:35 6 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər