Venesuela ədəbiyyatı Azərbaycanda tanıdılacaq

Venesuela ədəbiyyatı  Azərbaycanda tanıdılacaq
22 fevral 2024
# 17:00

Dövlət Tərcümə Mərkəzində Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Venesuela ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində nəzərdə tutulan tərcümə və nəşr layihələri, ölkələrarası ədəbi əlaqələrin genişləndirilməsi, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Venesuelanın klassik və müasir ədəbiyyatının Azərbaycan ədəbi ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayan səfir deyib: “Nəzərdə tutulan tərcümə layihələrinə ilkin olaraq tanınmış Venesuela şairi Ana Maria Oviedo Palomaresin şeirlər toplusunun Azərbaycan dilinə tərcüməsi və nəşri ilə başlanılmasına dair istək və arzularımız var. Çox istərdik ki, zəngin Venesuela ədəbiyyatı Azərbaycan ədəbiyyatı ərazisinə daxil olsun. Kitab yaxın müddətdə Azərbaycanda keçiriləcək Venesuela Respublika Gününə əlamətdar töhfə olacaq. Azərbaycan-Venesuela ədəbi əlaqə və mübadilələrinin təşkili və inkişafı istiqamətində perspektiv layihələrin Venesuela Mədəniyyət Nazirliyi və Venesuela Tərcümə Mərkəzi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilməsi vacib hadisədir”.

Tədbirin sonunda səfir Dövlət Tərcümə Mərkəzinə Venesuelanın görkəmli siyasi xadimi Uqo Caves Friasın “Göy kitab” adlı kitabını hədiyyə edib.

# 2116 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

12:02 13 noyabr 2026
Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

11:36 13 noyabr 2026
"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

11:02 13 noyabr 2026
İlin ən yaxşı 14 ən kitabı seçildi -  Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

İlin ən yaxşı 14 ən kitabı seçildi - Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

10:38 13 noyabr 2026
Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı:  Van Qoqun tablosu 180 milyona satıla bilər

Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı: Van Qoqun tablosu 180 milyona satıla bilər

10:14 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər