V Milli Kitab Sərgisinin açılış mərasimi keçiriləcək

V Milli Kitab Sərgisinin açılış mərasimi keçiriləcək
26 may 2023
# 10:30

Mayın 27-si saat 14-də İçərişəhərdə V Milli Kitab Sərgisinin təntənəli açılış mərasimi keçiriləcək.

Kulis.az xəbər verir ki, Naşir Şahbaz Xuduoğlunun moderatorluğu ilə baş tutacaq tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Millət vəkili, Milli Məclisin Mədəniyyət Komissiyasının sədri Qənirə Paşayeva, Xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edəcəklər.

Eyni zamanda, açılışda Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri iştirak edəcəklər.

Rəsmi açılış mərasiminin ardınca görüş və imza günləri başlayacaq.

Sərginin proqramına əsasən saat 15:00-da Xalq yazıçısı Anar, saat 16:00-da Xalq yazıçısı Çingiz Abdullayev öz kitablarını imzalayacaqlar.

Saat 17-də isə “Azərbaycan dilinin bugünkü vəziyyəti” mövzusunda panel müzakirəsi təşkil olunacaq. Müzakirədə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, dilçilər və dərslik müəllifləri iştirak edəcəklər.

Sərginin ilk gününün son tədbiri “Ədəbiyyatda yeni imzalar” adlı poeziya axşamıdır.

Poeziya axşamında gənc şairlər Elvin Paşa, Kazım Kazımoviç və Elşən Mehdi yeni şeirlərini oxuyacaqlar.

Qeyd edək ki, V Milli Kitab Sərgisi 27 may – 4 iyun tarixlərində hər gün saat 09.00-dan 20.00-dək fəaliyyət göstərəcək.

Sərgidə oxucuları 70 faizədək endirimli 70 000-dən çox kitab gözləyir.

Sərgiyə giriş sərbəstdir.

# 2419 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər