Üzünüzə, yoxsa şeirinizə tüpürüm? – Ruzbeh Məmməd yazır...

Ruzbeh Məmməd, şair

Ruzbeh Məmməd, şair

9 iyul 2022
# 11:20

Kulis.az şair Ruzbeh Məmmədin yeni yazısını təqdim edir.

Yaxın zamanlarda məlum oldu ki, məktəb dərsliklərində yer alan şeirlər, bağışlayın, "şeirlər" zəif imiş. Hələ fikrimizi bir az da redaktə etməli olsaq, deyərik ki, məktəb dərsliklərinə qonşu Simuzər xala, əmiuşağı Ələbbas və s. adamların şeirləri dərc edilib. Hər şey bir kənara, bəs, bu neçə illər ərzində dərsliklərin monitorinqini aparan şəxslər görməyiblər ki, ağzına gələni yazanların şeiri çap olunub? Bunu da bağışladıq, bəs, o dərslikləri çap edən şəxslər o müəllifləri hardan və necə tapır? Məsələn, mən niyə bilmirəm ki, dərsliklərə şeir nə zaman qəbul edilir? Bəs, Giziroğlu Mustafa bəyin, Dəli Həsənin, Qanlı köynəkli Turalın niyə xəbərləri yoxdur, aparıb şeirlərini o dərsliklərə saldırsınlar?!

İndi bir az geriyə qayıdaq: güya, o ədəbiyyat dərsliklərində istedadlı əsərlər salınıbmı? Klassik şairlərin də ən bəsit, ən primitiv şeirləri yer almayıbmı? Siz deyə bilərsiniz, o şeirlər şagirdin qavraya biləcəyi şəkildə olduğu üçün salınıb. Bax bunu desəniz, keçi qalacaq çaydan o tərəfə. Gözümü yumub, ağzımı açıb xeyli təriflərmi, söyüşlərmi, qarğışlarımı yağdıracam.

Bu, çox ayıb düşüncədir: ki, məktəbli üçün bəsit əsərlər təqdim olunsun. Elə ona görə də, o əsərlərdən sonra, kimsə ağır çəkili əsərlər oxumaq istəmir. Açığl qəbul edə bilmir. Hələ bu gün də ay qoşa buynuz keçi şeiri təqdim olunursa, deməli, bu gün modern şeirləri heç kim oxumayacaq, oxusa başa düşməyəcək.

Əgər dərslikləri hazırlayan müəlliflər, salınacaq əsərlərlə bağlı elan versə, müsabiqə təşkil etsə, sanballı əsərlər də salınar və daha urvatlı olar.

Yox, nə qədər ki, bu dərsliklərə salınan əsərlər yazıçıdan, şairdən gizlin seçiləcəksə, o zaman ədəbiyyata maraq da olmayacaq.

Yenə qayıdaq əvvələ: çıxışların birindən aydın oldu ki, o "şeirləri" kitaba salan şəxs, özü də bilmir ki, şeir nə deməkdi. Çünki özü də vaxtı ilə, elə bəsit şeirlər oxuyaraq formalaşıb. Ona Pablo Neruda, Nazim Hikmət, Sunay Akın, Özdemir Asaf, Anna Axmatova, Lorka qəribdi, yaddı. Bu yadlığı hiss etmir, heç yaxınına da buraxmır.

Sual yaranır, o yadlığı necə aradan qaldırmalı? Çox rahat, həlim cavabı da var: orta məktəb dərsliklərində istedadlı əsərləri çap edib, yazıçı, şairi tanıtmaq lazımdır. Ondan sonra hər şey yoluna düşəcək. Kitab da satılacaq, kitabı oxuyan da tapılacaq. Nə qədər ki, bu olmayacaq, o zaman bütün mübhəm hisslərdən enib, primitiv həyat yaşamalı olacağıq. Bütün bu eybəcərliklər içində ruhən öləcəyik. Heç kim bizi bu rəzalətdən qurtara bilməyəcək. Kitab oxumağın məktəbdən başladığını hiss etməliyik, hiss etdirməliyik. Zaman keçir, meşələrdə ağaclarımız quruyur, kitablar vitrinlərdə tozlaşır, hisslərimiz içimizdə kütləşir. Ədəbiyyatın gözəlləşdirdiyi cəmiyyətlərin bir parçasına çevrilməliyik. O zaman təbiəti də, insanları da, elə kitabları da sevəcəyik. Enəcəyik sevginin dərin qatlarına, enəcəyik düşüncələrin alt qatına.

Dərslik yazanlar, cəmiyyətə primitiv ədəbiyyat göstərməyin. Biz ən yaxşı əsərlərimizi sevə-sevə sizə təqdim edə bilərik. Siz təki istəyin, qohumlarınız, dostlarınız şeir yazıb sizə təqdim edəndə, vicdanla düşünün. Ədəbiyyat sizin qəlbinizi də fərahladacaq, inanın...

# 5487 dəfə oxunub

Oxşar xəbərlər

Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər