“Ustad dərsi”nin ilk təqdimatı keçirildi

“Ustad dərsi”nin ilk təqdimatı keçirildi
17 fevral 2024
# 11:30

Beynəlxalq Muğam Mərkəzində (BMM) “Azərbaycan muğamı” adlı yeni layihə çərçivəsində tar ifaçılıq sənəti ilə bağlı silsilə ustad dərslərinin ilki keçirilib.

Kulis.az xəbər verir ki, dərsdən əvvəl çıxış edən BMM-in direktoru Sahib Paşazadə iştirakçılara layihənin əhəmiyyəti barədə məlumat verib. O, layihənin məqsədinin klassik ifaçılıq məktəbimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi, ustad-şagird ənənələrinin qorunması olduğunu diqqətə çatdırıb. Bildirib ki, il ərzində mütəmadi olaraq təşkil ediləcək ustad dərslərində tar ifaçılıq sənətinin görkəmli nümayəndələrinin iştirakı nəzərdə tutulub. Ustad dərslərində iştirak sərbəstdir və maraqlanan hər kəs iştirak edə bilər.

Tanınmış tarzən və pedaqoq Elxan Müzəffərov muğam sənətinin məsuliyyət və diqqət tələb etdiyini deyib. O, layihə üzrə ilk ustad dərsinin ona həvalə olunmasından məmnunluğunu bildirib.

Daha sonra dərs Milli Konservatoriya nəzdində Musiqi Kolleci tələbələrinin iştirakı ilə davam edib.

“Rast” muğamına həsr olunan dərsdə kollecin direktoru Nazim Kazımov çıxış edərək 57 il əvvəl Elxan Müzəffərovdan tar sənətinin sirlərini öyrəndiyini deyib, gənclərə bacardıqları qədər ustaddan ifaçılıq texnikalarını mənimsəməyi tövsiyə edib.

Tanınmış tarzənlərin də qatıldığı tədbirdə muğam ifaçılığı, üslub xüsusiyyətləri, texnikası, "Rast"ın şöbələrinin ifasında mizrab ştrixləri və bölgüləri, ifa zamanı sürət - pauza mövzuları diskussiya və ifa nümayişləri ilə yadda qalıb. Nəzəri məlumatlar əyani ifalarla diqqətə çatdırılıb.

# 2296 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər