Uşaqlar üçün yeni kitab çap olundu

Uşaqlar üçün yeni kitab çap olundu
1 iyun 2022
# 10:07

“Balacaların şeir çələngi” kitabı işıq üzü görüb

Kulis.az xəbər verir ki, gənc şair Əyyub Türkayın uşaqlar üçün qələmə aldığı “Balacaların şeir çələngi” adlı kitabı işıq üzü görüb. Kitabda məktəbəhazırlıq qruplarında, bağçada, ibtidai sinifdə təhsil alan uşaqlar üçün müxtəlif mövzulu uşaq şeirləri, təmsillər və tapmacalar yer alıb.

Müasir Azərbaycan şeirinin istedadlı nümayəndələrindən olan Əyyub Türkay (Əyyub Ağakərim oğlu Məmmədov) 1988-ci ildə Lənkəran şəhərində anadan olub. 2008-ci ildən Cənub Televiziyasında teleaparıcı-jurnalist vəzifəsində çalışmaqla yanaşı, dövrü mətbuatda publisistik məqalələri ilə çıxış edir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (2020). İxtisasca texnologiya müəllimi olan Əyyub Türkay uşaqlar üçün qələmə aldığı “Balacaların şeir çələngi” adlı kitabı ilə ilk dəfədir ki, oxucularının görüşünə gəlir.

# 5291 dəfə oxunub

Oxşar xəbərlər

Xulio İqlesias  barəsində araşdırma başladı

Xulio İqlesias barəsində araşdırma başladı

17:48 19 noyabr 2026
“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

17:12 19 noyabr 2026
Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

16:47 19 noyabr 2026
Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

16:21 19 noyabr 2026
“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

15:55 19 noyabr 2026
"Biz təbiəti izah edirik, insanı isə anlamağa borcluyuq..." - Alman filosofdan deyimlər

"Biz təbiəti izah edirik, insanı isə anlamağa borcluyuq..." - Alman filosofdan deyimlər

15:33 19 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər