UNESCO-da bəstəkar Fikrət Əmirovun 100 illiyi qeyd edilib

UNESCO-da bəstəkar Fikrət Əmirovun 100 illiyi qeyd edilib
4 noyabr 2022
# 10:00

Fransanın paytaxtı Parisdə, UNESCO-nun mənzil-qərargahının konsert zalında Azərbaycanın dünya şöhrətli bəstəkarı Fikrət Əmirovun 100 illiyi qeyd edilib.

Kulis.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib. Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilmiş musiqi axşamında təşkilatın baş katibinin müavini Firmin Edouard Matoko, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, diplomatik korpusun nümayəndələri, fransalı siyasətçilər, musiqi həvəskarları, jurnalistlər və digər şəxslər iştirak ediblər.

UNESCO baş katibinin müavini Firmin Edouard Matoko çıxışında musiqinin cəmiyyətdə həmrəyliyi, birliyi, dialoqu gücləndirdiyini bildirib. O, UNESCO-nun musiqinin dəyərlərinin yayılmasındakı roluna toxunub və Azərbaycan musiqisinin bu yolda əhəmiyyətli yeri olduğunu bildirib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi E.Abdullayev dünya şöhrətli bəstəkar F.Əmirovun yaradıcılığı haqqında məlumat verib, bəstəkarın musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək dəyərli sənət əsərləri yaratdığını və əsərlərinin Azərbaycanın musiqi tarixinin parlaq səhifələrindən olduğunu bildirib. E.Abdullayev ölməz bəstəkarımızın şifahi ənənəli klassik musiqi janrı olan muğam dəstgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirdiyini, orkestr boyalarının əlvanlığına böyük ustalıqla nail olduğunu xüsusi qeyd edib.

Musiqi axşamında Azərbaycanın Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, respublikamızın Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar artistlər - Səbinə Əsədova, Babək Niftəliyev, gənc müğənnilər Selcan Nəsibli, Orxan Cəlilov çıxış ediblər. Proqrama bəstəkarın “Azərbaycan kapriççiosu”, “Gülüstan Bayatı-Şiraz”, “Azərbaycan süitası”, F.Əmirov ilə Elmira Nəzirovanın həmmüəllifi olduqları “Ərəb mövzuları əsasında fortepiano konserti”, habelə bəstəkarın “Şeyx Sənan” (Hüseyn Cavid) tamaşası üçün yazdığı məşhur “Kor ərəbin mahnısı”, “Azərbaycan elləri” vokal inciləri və digər əsərlər daxil edilib.

# 2393 dəfə oxunub

Oxşar xəbərlər

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
Aqata Kristinin xatirəsinə sərgi açılacaq - Vəfatının 50 illiyi münasibətilə

Aqata Kristinin xatirəsinə sərgi açılacaq - Vəfatının 50 illiyi münasibətilə

14:30 29 oktyabr 2026
"Şeytan İncili"ni yazan okkultist yazıçı Anton Şandor LaVey kim idi?

"Şeytan İncili"ni yazan okkultist yazıçı Anton Şandor LaVey kim idi?

14:00 29 oktyabr 2026
Tanınmış müğənni Trampı məhkəməyə verdi - Səbəb

Tanınmış müğənni Trampı məhkəməyə verdi - Səbəb

13:30 29 oktyabr 2026
Məşhur film teatr səhnəsində nümayiş olundu

Məşhur film teatr səhnəsində nümayiş olundu

13:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər