Ülvi Qılınc: “Aygün Kazımovanı diva hesab etməyə məcburam?”

Ülvi Qılınc:  “Aygün Kazımovanı diva hesab etməyə məcburam?”
2 dekabr 2023
# 16:00

30-40 ildir, oxuyan müğənnilər var ki, tamaşaçı üçün eyni səslə oxuyurlar. Eyni səslə 40 ildir, tamaşaçının zövqünü, ürəyini bulandırıblar. Xalq artistləri var ki, “çı”, “çi” səsləri ilə oxuyurlar. Biabırçılıq budur. Toni Brekston, Adel bu yaşına çatıb, hələ də necə oxuyur… Hələ Zərrin Özərin səsi daha da bahalaşıb. Çox təəssüf ki, bizdə özünü birinci sayanlar var. Bəs ikinci kimdir? Onu heç vaxt göstərmirlər ki, görək, bunların içində ikinci kimdir. Özlərini “diva” adlandıranların canlı konsertdə oxuduqları nədir? Hələ indiyə qədər Uitni Hyuston kimi canlı performanslarını görmədik. Amma özlərini diva sayırlar. Bu adamlar xəstədir, müalicə etmək lazımdır”.

Kulis.az xəbər verir ki, bu sözləri məşhur “O Səs Türkiyə” layihəsinin iştirakçılarından olan tanınmış opera müğənnisi Ülvi Qılınc “Space” televiziyasının efirində deyib.

“Məsələn, Ajda Pekkan divadır. Xanım 74 yaşındadır, ortada canlı perfomansı var. Bizdə diva Əzizə Mustafazadədir. Oxumaqdırsa, oxuyaq. Oxumaq deyilsə, yalandan nominasiya, ad xatirinə ad qoymayaq. Aygün Kazımovanı diva hesab etməyə məcburam? Ola bilər, o, kiminsə üçün ulduz olar. Bu, mənim şəxsi fikrimdir. Mənim üçün Fidan Qasımova, Xuraman Qasımova divadır. Rəhmətlik İlhamə Quliyeva da öz sənətində diva idi. Bu mənim şəxsi fikrimdir. Kimisə diva hesab etməyə məcbur deyiləm”.

Konkret.az

# 3202 dəfə oxunub

Oxşar xəbərlər

"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

11:02 13 noyabr 2026
İlin ən yaxşı 14 ən kitabı seçildi -  Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

İlin ən yaxşı 14 ən kitabı seçildi - Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

10:38 13 noyabr 2026
Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı:  Van Qoqun tablosu 180 milyona satıla bilər

Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı: Van Qoqun tablosu 180 milyona satıla bilər

10:14 13 noyabr 2026
Bağırov onu kabinetinə çağırıb dedi ki... - Məşədi İbadı oynayan Əliağa Ağayev niyə Fəxri Xiyabanda dəfn olunmadı?

Bağırov onu kabinetinə çağırıb dedi ki... - Məşədi İbadı oynayan Əliağa Ağayev niyə Fəxri Xiyabanda dəfn olunmadı?

10:00 13 noyabr 2026
Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər