Ulucay Akif "Ədəbiyyat adamı” mükafatı ilə təltif edilib

Ulucay Akif  "Ədəbiyyat adamı” mükafatı ilə təltif edilib
3 may 2024
# 13:43

Azərbaycan Dillər Universitetində Yaradıcılıq Fondunun dəstəyi ilə təşkil edilən “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırılması və Yaradıcılıq fakültəsinin məzunlarına diplomların təltif olunması mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, mərasimdə çıxış edən Xalq yazıçısı, akademik Kamal Abdulla müsabiqənin qaliblərinin tam obyektiv şəkildə seçildiyini deyib: “Bildiyimiz kimi, may ayı Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Biz də fondumuz adından qərara gəldik ki, bu özəl gün münasibətilə ədəbiyyatçılarımız, ziyalılarımız üçün bir mükafat təsis edək və onu hər ilin may ayında təqdim edək. Artıq mükafatı beşinci ildir ki, təqdim edirik. Bəs niyə ədəbiyyat adamı? Fikrimcə, bu ad çox iddiasız, mütəvazi addır. Bizim aləmimizdə ədəbiyyat adamı sakitcə ədəbi fəaliyyətlə məşğul olan, zəhmətkeşliyi, peşəkarlığı əsas prinsip seçən, ədəbiyyatı həyat kimi, həyat tərzi kimi yaşayan, “ədəbi yaxşılıqlar edən”, ədəbiyyatın dostu olan şəxsdi. Biz bu gün Yaradıcılıq fakültəsinin dinləyicilərini də uğurlayırıq. Onlar bu gün diplomlarını alacaqlar. İnanıram ki, aldıqları təhsilin izlərini, rayihəsini onların gələcək yaradıcılıqlarında hiss edəcəyik. İnanıram ki, onlar həmişə ədəbiyyatın yanında, mətnin yanında olacaqlar. Sevinirəm ki, bizim məzunların içində artıq imzası tanınanlar var. ”.

Sonra “Ədəbiyyat adamı” mükafatına layiq görülənlər – Ramiz Rövşən, Həmid Herisçi, Aydın Talıbzadə, Rüstəm Behrudi, Azər Turan, Etimad Başkeçid, Aqşin Yenisey, Nərgiz Cabbarlı, Varis, Ulucay Akif təltif olunublar.

Qaliblər çıxış edərək “Ədəbiyyat adamı” mükafatına layiq görüldükləri üçün təşəkkür ediblər.

Qeyd edək ki, “Ədəbiyyat adamı” layihəsi çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxsaylı tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

# 2642 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

18:42 16 noyabr 2026
Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

18:17 16 noyabr 2026
Yeni "Harry Potter" serialı  etirazlara səbəb oldu

Yeni "Harry Potter" serialı etirazlara səbəb oldu

17:32 16 noyabr 2026
“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

16:57 16 noyabr 2026
Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

16:24 16 noyabr 2026
Azərbaycanın "Şur" muğamı kosmosda

Azərbaycanın "Şur" muğamı kosmosda

16:12 16 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər