“Ulduz” jurnalının yeni sayı çap olundu

“Ulduz” jurnalının yeni sayı çap olundu
2 iyun 2022
# 16:20

“Ulduz" jurnalının may nömrəsi işıq üzü görüb.

Kulis.az xəbər verir ki, dərginin sözügedən nömrəsi ilk olaraq Ay Bəniz Əliyarın “Özüylə söhbəti və şeirləri” ilə açılır. Hacı Firudin Qurbansoyun “Gülüş və Sabirin qəhqəhəsi” sərlövhəli yazısında Mirzə Ələkbər Sabir satirasının timsalında bütövlükdə satira və gülüş məfhumu geniş təhlil edilir.

"Şeir vaxtı" rubrikasında Müşfiqə Baləddinqızı, Aypara Ayxan, Mənsur Həsənzadə, Əlirza Həsrət, Fərqanə Yusifqızı, eləcə də Elçin İsgəndərzadənin poeziya nümunələri yer alıb.

Seymur Atilla, Fazil Sənan, Mübariz Cəfərli, Zaur Bayramoğlu, Mahir Rəsuloğlu, İradə Əlili və Aygün Yaşarın fərqli mövzularda qələmə aldıqları hekayə və esseləri "Nəsr" rubrikasını təşkil edir.

Qulu Ağsəsin "Vasif Əlihüseynin özüylə söhbəti" başlıqlı yazısında gənc yazarın bir müddət öncə "Ulduz" jurnalı və "Mücrü" nəşriyyatının ortaq layihəsi çərçivəsində işıq üzü görmüş "Azmış kimi" kitabının ümumi məziyyətlərinə nəzər yetirilir. Dərginin əməkdaşı Hicran Hüseynovanın "Yaddaş kartı" adlı yazısında müəllifin jurnalla və jurnalın keçmiş əməkdaşları ilə bağlı xatirələri yer alıb.

"Qısa fikirlər xəzinəsi" rubrikasında Cəbran Xəlil Cəbran, Tomas Elot, Fridrix Nitsşe, Albert Eynşteyn və başqalarının kəlamlarını oxumaq imkanı əldə edəcəksiniz. Dramaturq Əli Əmirlinin sayca yeddinci ustad dərsinin mövzusu "Tamaşa və tamaşaçı. Dramaturq ustalığı"dır. Gülnar Səmanın "Fərid Hüseyn "Təkrarın tənhalığı"nda" tənqidi yazısı adından göründüyü kimi, Fərid Hüseynin eyniadlı şeirlər kitabına həsr edilib. Taleh Mansurun "Rənglərin taleyi" reportaj-yazısında gənc rəssam Tünzalə Ağabalayevanın həyat və yaradıcılığına işıq tutulur.

"Türk eli" rubrikasında yer alan Ənvər Aykolun hekayələrini Eyvaz Zeynalovun uyğunlaşmasında oxuya biləcəksiniz. Nəhayət, "Dərgidə kitab"da Valeh Qocanın şeirləri, "Dərgidə sərgi" rubrikasında isə gənc rəssam Nəsibə Quliyevanın rəsm əsərləri yer alıb.

# 2736 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər