“Uğurlarımızla 2022-yə” layihəsinin təqdimat mərasimi keçirilib - Video

“Uğurlarımızla 2022-yə” layihəsinin təqdimat mərasimi keçirilib - Video
18 dekabr 2021
# 19:52

Bakı Gənclər Mərkəzində Nizami Gəncəvi ilinə həsr edilmiş sərgi Uğurlarımızla 2022-layihəsinin təqdimat mərasimi keçirilib.

APA TV-nin məlumatına görə Yasamal rayon Heydər Əliyev Mərkəzi, Abşeron Gənclərin İnkişafı İctimai Birliyi, İyilik Üretenler Derneyi, E Media Qrup, Lənbəran Müəssisəsi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində il ərzində müxtəlif sahələrdə nailiyyətlər qazanmış sənətkarlar təltif olunub.

Layihə rəhbəri Elnurə İsgəndərova Azərbaycan ədəbiyyatında Nizami yaradıcılığının tutduğu yerin əvəzolunmazlığından danışıb, onun dünya poeziyasının zirvəsində olduğunu diqqətə çatdırıb. Çıxış edənlər 2020-ci ildə 44 günlük Vətən Müharibəsində qazanılmış şanlı Qələbədən sonra ölkəmizə marağın artdığını, respublikamızın bütün dünyanın diqqət mərkəzində dayandığından söz açıblar.


Tədbirin təşkilatçısı Aygün İsgəndərova deyir ki, burada Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə Nizami ilinə həsr olunmuş yekun sərgi keçirildi: “Sərgidə 70-ə yaxın rəssamın əl işi nümayiş olunurdu. Həm tələbələrin, həm də peşəkarların əl işləri nümayiş olunurdu. Burada dəyərli media nümayəndələrimiz, uğur qazanmış gənclərimiz mükafatlandırıldı”.

“E Media Group”un sədri Elşən Əliyevin sözlərinə görə, sərgidə bir çox rəssamlar yer alıb: “Əsərlərdə mövzular Nizami Gəncəviyə həsr olunmuşdu. Əsasən “Xəmsə”yə xüsusi yer ayrılmışdı. Mükafatlarda il ərzində fəaliyyəti ilə seçilən həm rəssamlar, həm digər sahələrin adamları, hətta döyüşçülər də təltif olunmuşdu”. Vətən Müharibəsi Qazisi Zakir İmanov da mükafatlandırılanlar arasında olub: “Xoş oldu ki bu sərgidə ümumən qonaqlar ilə birgə mükafata layiq görülmüşəm. Vətən müharibəsi xatirələrini gözümün önünə gətirdim. Tədbirdə gənc rəssamların böyük mütəfəkkir Nizami Gəncəvi yaradıcılığına həsr etdikləri rəsm əsərləri nümayiş olunub. Müxtəlif janrlarda işlənmiş əsərlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sərgidəki rəsmlər içində Rəssamlıq Akademiyasının təsviri-incəsənət kollecinin tələbəsi Selcan Xəlilzadənin “Milli dəyərlərlə uğura gedən yol” tablosu xüsusilə seçilib. Selcan bu tabloda milli musiqi alətlərimizlə dekorativ-tətbiqi sənətin ayrılmaz parçası olan xalçanı təsvir edib: “Bu tablonu düz bir həftəyə çəkmişəm. İsti və soyuq rənglərin sintezini yaratmağa çalışmışam. Bu sənətlə iki ildir ki, ciddi şəkildə məşğulam. Müəlliməmin verdiyi məlumat əsasında buranı tapdım və bu sərgiyə qatılmağı qərara aldım”. Əsas hədəfinin peşəkar dizaynerlik olduğunu deyən Selcanın dəstəkçilərindən biri isə Rəssamlıq Akademiyasının müəllimi Rəsmiyyə Mahmudovadır: “Bu tədbirə bizim 28 tələbəmiz qatılıb. Seçilən tələbələrdir. Müxtəlif sahələr, müxtəlif janrlarda qatılıblar. Həm dekorativ-tətbiqi sənət, yağlı boya, quaş boya, fərqli texnika və üslublarda işlər var. Hər bir tələbəmizə uğurlar arzulayıram. Selcana da uğurlar arzulayıram. Yaşadığı həyatda hər addımı yaşıl işıq olsun”. Tədbirin sonunda il ərzində müxtəlif sahələrdə diqqətəlayiq uğurlar qazanmış Selcan Xəlilzadə və digər tələbələr, həmçinin sənət adamları diplom və fəxri mükafatlarla təltif olunublar.

# 3131 dəfə oxunub

Oxşar xəbərlər

“Həyat eşqi”ni yazan yazıçı niyə yaşamaq istəmədi?

“Həyat eşqi”ni yazan yazıçı niyə yaşamaq istəmədi?

18:30 12 yanvar 2026
Cəbəllütariqdə 40 min il bağlı qalmış  gizli otaq tapıldı

Cəbəllütariqdə 40 min il bağlı qalmış gizli otaq tapıldı

17:40 12 yanvar 2026
Özbəkistanda Azərbaycanşünaslıq Mərkəzi  yaradılacaq

Özbəkistanda Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq

17:20 12 yanvar 2026
“İRS” jurnalının fransız dilində növbəti nömrəsi dərc olundu

“İRS” jurnalının fransız dilində növbəti nömrəsi dərc olundu

16:30 12 yanvar 2026
“Toska"  operası nümayiş olundu

“Toska" operası nümayiş olundu

16:00 12 yanvar 2026
“Simurq” uşaq musiqi festivalının mükafatlandırma mərasimi oldu

“Simurq” uşaq musiqi festivalının mükafatlandırma mərasimi oldu

15:30 12 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər