Türkdilli dövlətləri birləşdirən yayım platforması yaradıla bilər

Türkdilli dövlətləri birləşdirən yayım platforması yaradıla bilər
22 avqust 2024
# 09:34

Avqustun 21-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması ilə bağlı müzakirə aparılıb.

Kulis.az xəbər verir ki, Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən ölkəmizin kino potensialının təbliğ olunması, yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur.

Yerli kino sənayesinin inkişafı dublyaj infrastrukturunun dəstəklənməsini, yeni iş yerlərinin açılmasını və müasir rəqəmsal məkanda Azərbaycan dilinin dəstəklənməsi üçün əsas prioritet olan bu seqmentdə biznesin stimullaşdırılmasını nəzərdə tutur. Bu məqsədlər üçün “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində xüsusi tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Bu ehtiyac eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə"nin 5.6.6-cı yarımbəndinə və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq bəndində də əksini tapıb. Həmin bəndin icrası üzrə mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən istehsalat bazasının təkmilləşdirilməsi və sahəvi klasterləşmənin təşviqi prioritet məsələdir.

Qeyd olunub ki, bu fəaliyyət istiqamətində türkdilli region və dövlətləri birləşdirən yayım platformasının qurulması ilə bağlı araşdırma aparılır və müvafiq iş planı hazırlanır. Platformanın təkmilləşdirilməsi və yaradılma prosesinin sürətləndirilməsi məqsədilə layihəyə mütəxəssis olaraq “BBC-Maestro” layihəsinin strateji və biznes üzrə məsləhətçisi Nina Larıçeva və “ATA-Association of Turkic Animation” təşkilatının sədri Oktay Yusibov da cəlb edilib.

Vurğulanıb ki, aylıq və ya illik abunə modelinə əsaslanan platformanın öz daxilində yerli və beynəlxalq məzmunları (dublyaj) əhatə etməsi planlaşdırılır. Həmçinin platformada tamaşaçılara yüksəkkeyfiyyətli, mədəni rezonans doğuran proqramların təqdim edilməsi nəzərdə tutulur.

# 2024 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər