Türk xalqlarının əfsanələri əsasında animasiyalı almanax çəkiləcək

Türk xalqlarının əfsanələri əsasında animasiyalı almanax çəkiləcək
4 may 2023
# 14:40

Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi türkdilli xalqların qədim adət-ənənələri əsasında animasiyalı almanax hazırlayacaq.

Kulis.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

"Mədəniyyət və İdman Nazirliyi yanında "Kazakhanimation" yaradıcılıq birliyi türkdilli xalqların qədim əfsanələri əsasında cizgi almanax çəkməyi planlaşdırır. Layihə çərçivəsində ən azı 5 dəqiqəlik yayım müddəti olan ən azı 10 cizgi filmi çəkiləcək. Cizgi almanaxın 2023-cü ildə buraxılması gözlənilir”, - deyə məlumatda qeyd olunub.

Artıq ssenari müsabiqəsi elan olunub. Yaradıcılıq müsabiqəsində türkdilli xalqların qədim əfsanələri, böyük şəxsiyyətlər, türk padşahları, müqəddəs heyvanlar haqqında rəvayətlər, müxtəlif yer adları, türkdilli xalqlar üçün ortaq bayramlar və milli oyunlarla bağlı əsərlər iştirak edə bilər.

Studiyalar 10 ən yaxşı layihəni seçəcək və sonra onların açıq müdafiəsi keçiriləcək. “Biz iştirakçılardan elan olunmuş mövzuya uyğun yüksək bədii dəyərə malik əsərlər gözləyirik”, - deyə “Kazakfilm” kinostudiyasının vitse-prezidenti Serik Abışev bildirib.

# 2480 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər